Modern.az

“Amerikada zəncilər alt təbəqədir” - Nobel mükafatçısı

“Amerikada zəncilər alt təbəqədir” - Nobel mükafatçısı

Aktual

6 Dekabr 2021, 11:36

“Amerikada hələ də qara dərililərə qarşı ayrı-seçkilik qalmaqdadır”.

 

Modern.az xəbər verir ki, bu sözləri Nobel mükafatçısı Aziz Sancar mətbuat nümayəndələri üçün keçirilən brifinqdə deyib.

 

A.Sancar qeyd edib ki, Amerikada zəncilər alt təbəqəni təşkil edir:

 

“ABŞ-ın müstəqillik qazanmasından uzun illər keçsə də, hələ də bu istiqamətdə problemlər davam edir. Bunu Amerikanı tənqid etmək üçün yox, vəziyyəti düzəltməyə çalışanların çox olduğu üçün deyirəm. ABŞ-da rəsmi din yoxdur, amma əhalinin 40 faizi xristiandır. Qalanları digər dinlərdəndir. Kifayət qədər müsəlmanlar da var”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu