Modern.az

“YAŞAT”ın balansında 15 milyon manat var

“YAŞAT”ın balansında 15 milyon manat var

8 Dekabr 2021, 13:24

“Hazırda “YAŞAT” Fondunun  balansında 15 milyondan artıq xərclənməmiş vəsait var”.

 

Modern.az xəbər verir ki, bunu “YAŞAT” Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında qurumun rəhbəri Elvin Hüseynov bildirib.

 

E.Hüseynov qeyd edib ki, artıq 49 milyondan çox vəsait 4 fəaliyyət istiqamət üzrə xərclənib:

 

“Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 AZN məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 15 433 079.57 təşkil edir. Xərclənən vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə: 32 477 789.50 AZN, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: 458 478.51 AZN, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 5 432 716.49 AZN, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə isə 11 128 461.65 AZN vəsait xərclənib”.

 

E. Hüseynov qeyd edib ki, ümumilikdə 154 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 115-si ölkəyə geri qayıdıb:

 

“Hazırda 39 ağır yaralının müalicəsi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir