Modern.az

QARABAĞ...

QARABAĞ...

3 Dekabr 2012, 12:59

Modern.az Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndilməsinə xidmət edən deputat-tələbə layihəsi davam edir. Bu layihə çərçivəsində deputat Aqil Abbasın təqdim etdiyi “Gənclər və Qarabağ” mövzusu ilə bağlı daxil olan tələbə yazılarını təqdim edirik.

QARABAĞ... Deyilişi bu qədər şirin və mənalı olduğu kimi, məzmunu da dərin və hikmətlidir. Qarabağ torpağı qədim və zəngin Azərbaycan mədəniyyətinin ilk və ulu beşiklərindən biridir. Bu mədəni və tarixi sərvəti qorumaq hər birimizin müqəddəs borcudur.

Tarixımiz çox vəhşiliklər görüb. Lakin erməni vəhşiliyi heç bir vəhşiliyin önündə hesaba gəlməz. Torpağlarımız – doğma yurdumuzun hər bir daşı-kəsəyi,  bağ-bağçası, eli-obası bu amansız vəhşiliyin qurbanı olub. Düşündükçə insanın ürəyi parçalanır. Çünki Vətən sevgisi qəlb odudur, ürək yanğısıdır. Daim qəlbdə yaşar. zaman-zaman, damla-damla artar  bu sevgi...

Bu elə bir duyğudur ki, insana qüvvət verir, onu yaşadır. İnsan bu sevgiyə köklənəndə, dünyanın bütün gücü onun qoluna toplanır, göyün bütün işiğı və nuru onun qəlbinə, fikrinə hopur. Hər bir Azərbaycan gəncinin, vətən övladının qəlbində vətən sevgisi yaşamalıdır. Bu günün gəncləri, fikrimcə, öz torpağının keçmişini, bugününü mükəmməl bilməlidir ki, onun sərvətini, övladlarını qoruyub, gələcək nəsillər onundə utanc yox, fərəh hissi duysun. Bu gün hər bir gəncin qanında və canında, qəlbində və ruhunda Koroğlunun, Nəbinin, Babəkin, Cavanşirin güçündən, qüdrətindən, vətən sevgisindən olsa, biz çox asanlıqla Qarabağı qeri qaytararıq. Dövlətimiz çağdaş Azərbaycan gəncləri üçün, güclü və yenilməz ordumuz üçün hər bir şərait yaradıb. Hər birımız bu imkanlardan yüksək səviyyədə istifadə edib, ölkəmizin inkişafı, millətimizin rifahı üçün əlındən gələni əsirgəməməlidir.

Bu gün biz “Qarabağ bizimdir!” deyib özümüzə təsəlli versək də, əslində bilirik ki, Qarabağ bizim yox, düşmənlərin əlindədir və onu qaytarmaq üçün sülh danışıqlarından daha çox vətənpərvərlik hissi, mübarizə əzmi, qələbə ruhu lazımdır. Ana vətən, sinəsi dağlı Qarabağ bizi intiqama çağırır. Qarabağımız dardadır, bizi səsləyir, bizi gözləyir, bizdən kömək diləyir. Bu torpaq yad əlləri, yad nəfəsləri, yad dilləri qəbul edə bilmir. Bu torpaq indi doğma dildə səslənən bircə “Vətən” kəlməsinə həsrətdir. Biz də bu ulu torpağın həsrətindəyik. Biz bu torpağı düşmən tapdağı altında qoya bilmərik. Silək göz yaşlarını, son qoyaq hönkürtüyə, dikələk düşmən önündə, əldə silah, qəlbdə vətən eşqi ilə Şuşa, Laçın torpağını boyayaq düşmən qanına.

Mən də Azərbaycan vətəndaşıyam, öz ölkəmin vətən daşiyam...

Vətən uğrunda hər an düşünmədən canımı qurban verərəm. Bu torpağları bizlərə babalarımız ərmağan etmişlər. Əcdadlarımız onun uğrunda vuruşmuşlar, qan tokmüşlər, yağılardan qorumuşlar. Gənclərimiz bu vətənin keşiyində durub, onu müdafiə etməlidirlər. Onun dünəninə də, bu gününə də, sabahına da hamımız cavabdehik.

Heç şubhəm yoxdur ki, bir gün gələcək və biz Qarabağı geri qayataracağıq. Mən inanıram ki, qeyrətinə arxalandığımız, ümidmizi bağladığımız gəncliyimiz milləti bu bəladan xilas edəcəkdir. Mən inanıram ki, həmin şad günü həsrətlə gözləyən və qələbə sevincini yaşamaq istəyən xalqımızın arzuları gerçəkləşəcək, Qarabağ həsrətimizə əbədi son qoyulacaqdır.  Bir gün zəfər bizim üçün Qarabağda çalınacaq. Mütləq çalınacaq...

 

Həsənova Gülçin İlham qızı 

Bakı Slavyan Universiteti,

Pedaqoji fakültə (İTPM 401)

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir