Modern.az

Ərdoğandan ABŞ-a sərt mesaj

Ərdoğandan ABŞ-a sərt mesaj

1 Mart 2010, 12:25

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan martın  4-də Amerika Konrqresində qondarma “erməni genosidi” qətnaməsinin müzakirəyə çıxarılması ilə əlaqadar ABŞ-a sərt mnsaj ünvanlayıb.   Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bəyan edib ki,  qətnamənin müzakirəyə çıxarılması Türkiyə və Ermənistan arasında başlamış yaxınlaşma prosesinə balta vura bilər.  “İsveçrədən başlayan bir proses var. Bu prosesdən sonra da bizim yaxşı niyyətlərimiz davam etməkdədir. Bu niyyət qarşılıqlı olaraq davam edərsə, nəticə əldə olunmasına inanıram. Martın 4-də yanlış bir addım atılsa, aprelin 24-də yanlış addım atılsa, bu, nizamlama prosesinə balta vuracaq. Yanlış bir addam olacaq. Elə zənn edirəm ki, bu həssaslığı Konrres üzvləri  də nəzərə alacaq”,-deyə Ərdoğan bildirib. O, məsələ ilə bağlı ABŞ liderləri ilə  sıx əlaqədə olduqlarını deyib.

 

ABŞ-ın Ankaradakı keçmiş səfri Morton Abramovits isə hesab edir ki, prezident Barak

Obama prosesə əngəl olmasa, bu il qətnamə Konqresdən keçə bilər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...