Modern.az

Ali savadlı və savadsız müğənnilər - SİYAHI

Ali savadlı və savadsız müğənnilər - SİYAHI

Mədəni̇yyət

6 Mart 2013, 08:37

Azərbaycan səhnəsində kim kimdir..? 

Modern.az Azərbaycan səhnəsinin tanınmış müğənnilərinin təhsili ilə bağlı araşdırma aparıb. Sorğuladığımız müğənnilər müxtəlif ali təhsil müəssisələrində fərqli-fərqli ixtisaslara yiyələniblər.

 

Xalq artisti Flora Kərimovanın evində nə az, nə çox, düz 2 diplomu var. O, Azərbaycan Dövlət Tibb İnstitutunu (hazırkı Azərbaycan Tibb Universiteti), Milli Konservatoriyanı bitirib.

 

Digər xalq artisti Azər Zeynalov diplomun “hett-trikini“ edib. İlk olaraq vokal ustası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda dram rejissorluğunu, sonra isə ardıcıl olaraq Azərbaycan Dövlət Konservatoriyasını və İtaliya Dövlət Konservatoriyasını bitirib.

 

Səhhətinə görə həm sənətdən, həm də pedaqoji fəaliyyətindən müvəqqəti olaraq uzaqlaşan Elxan Şirinov Azərbaycan Dillər Universitetini alman və ingilis dili müəllimi olaraq bitirib. Ali musiqi təhsili olmayan müğənni hazırda həmin universitetin baş müəllimidir, filologiya üzrə fəlsəfə doktorudur.

 

Faiq Ağayev və Brilyant Dadaşova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri olublar. Birinci aktyorluq, ikinci isə musiqili komediya fakültəsini bitirib.

“Səhnəmizin primadonnası”, Xalq artisti İlhamə Quliyeva  Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Populyar estrada ifaçısı, xalq artisti Zülfiyyə Xanbabayeva Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib.

Özünəməxsus oxu tərzi ilə fərqlənən Sevda Ələkbərzadə Mədəniyyət və İncəsənət Universitetinin məzunudur.

 

Eyyub Yaqubov isə Asəf Zeynallı adına Musiqi Kollecinin fortepiono sinfini bitirib. Yəni onun musiqi sahəsində ali təhsili yoxdur. 

“Əjdəha” Nadir Qafarzadə də ali təhsilsizdir. O da Asəf Zeynallı adına Musiqi Kollecini bitirib. Bu kolleclə kifayətlənən bir çox sənət adamları var. Bu siyahıya əməkdar artist Cavanşir Məmmədovu da əlavə etmək olar.

 

“Xalq ulduzu” Eldəniz Məmmədov da kollec tələbəsi olub. Müğənnilər İzzət Bağırov, Elariz Məmmədoğlu, Rüfət Axundov isə İncəsənət Universitetinin rejissorluq fakültəsini bitiriblər. Əməkdar artistlər Gülüstan Əliyeva, Elza Seyidcahan, müğənni Nura Suri  Bakı Musiqi Akademiyasının məzunlarıdırlar.

 

Xalq artisti Aygün Kazımova, estrada müğınniləri Röya və Natəvan Həbibi də ali musiqi savadına sahib deyillər. Xalq artisti Nisə Qasımova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.

Tanınmış xanəndə, xalq artisti Nəzakət Teymurova Bakı Musiqi Akademiyasında təhsil alıb.

Müğənni İradə İbrahimova da Azərbaycan Milli Konservatoriyasını bitirib.

Xalq artisti Nazpəri Dostəliyeva Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Estrada ifaçısı Vasif Məhərrəmli Bakı Musiqi Akademiyasında təhsil alıb.

Əməkdar artist Tünzalə Ağayeva Gəncə Musiqi Texnikumunda oxuyub.

Opera ifaçısı Fidan Hacıyeva Bakı Musiqi Akademiyasın məzunudur.

 

Elmin Nuri

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir