Modern.az

"8 MART"ın HAVA PROQNOZU

"8 MART"ın HAVA PROQNOZU

7 Mart 2013, 13:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin modern.az-a verdiyi məlumata görə, sabah ölkə ərazisində hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturunun gecə 3-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək.


Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15, bəzi yerlərdə 17 dərəcəyədək isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 3-8, bəzi yerlərdə 10 dərəcəyədək isti olacağı gözlənilir.


Tibbi-meteoroloji proqnoz
Martın 08-dən 10-dək Abşeron yarımadasında nisbətən sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir