Arxiv
9 Aprel 2013, 10:47 | AKTUAL
İsmayıllı: bölgənin adı necə yaranıb? – Araşdırma


 
Modern.az İsmayıllının toponimini araşdırıb.

 

Əksər tarixçilərin araşdırmalarına görə, İsmayıllı rayon olmamışdan əvvəl rayonun ərazisində İsmayıllı kəndi olub. Buranın yerli sakinlərinin əsas məskunlaşdıqları yer VII-VIII əsrlərə aid Həzrə qəbiristanlığı yaxınlığındadır. Daha sonra oradan yavaş-yavaş indiki kənd ərazisinə köçüblər. Ehtimal olunur ki, həmin camaatın içərisində çox hörmətli ağsaqqal İsmayıl kişinin adını da sonradan bu kəndə veriblər.    

 

Məlumdur ki, bir inzibati rayon kimi İsmayıllı rayonu 1931-ci ildə təşkil olunub və 1932-ci ildə inzibati mərkəzə çevrilib. Araşdırıcılar İsmayıllı sözünü “su meylli” söz birləşməsindən əmələ gəldiyini deyirlər. Bəzi tarixçilər isə rayonun adının “su meylli” sözü ifadəsi ilə yox, ismaili təriqətinin adı ilə bağlı olduğunu iddiasındadırlar. Çox maraqlıdır ki, Lahıc yolundakı, ziyarətgaha çevrilmiş bir məkanda yerləşən iri həcmli bir daşa xalq arasında “Əli daşı” deyirlər. Rəvayətə görə, dördüncü xəlifə həzrət Əli bu yerlərdən keçib və həmin daşın üzərində Həzrət Əlinin ayaq izləri qalıb. Xəlifə Əlinin bu yerlərdə olması inandırıcı görünməsə də, İsmayılı təriqətinin bağlı olduğu şəxs xəlifə Əlinin törəmələrindəndir. Xalq yaddaşında qalan bu həzrət Əlinin deyil, onun nəslindən olan şəxslərdən birinə məxsus olması daha böyükdür.


Həzrəpirində xaç formasında abidə öz mahiyyəti etibarilə İslama qədərki xristianların tarixi yadigarı olduğuna şübhəmiz yoxdur. Yəni ərəblər burda məskunlaşarkən bu abidə xristian qəbiristanlığı mövcud olub. Güman etsək ki, İslamın erkən dövrlərində hələ dini fanatizm yaranmamışdı onda düşünmək olar ki, heçdə ərəblər bu xristian qəbiristanlığına bizim düşündüyümüz pir kimi yanaşa bilməzdilər. 

Deyilənlərə görə, Həzrəətrafı ərazilərdə olan yaşayış məntəqələri yer üzərindən silinib. Çox-çox sonralar haqqında söhbət gedən ərazilərdə yaşayan əhali tədricən bu gün ki, İsmayıllının ərazisində məskunlaşıblar və İsmayıllı adını da özləri ilə bərabər bu məkana daşıyıblar. Tarixçilərin fikrincə, əhalinin bu ərazidə məskunlaşması, yəni Həzrə ətrafı ərazidən gələrək yaşamağa başlaması son 250-300 ilə aid ola bilər. Tarixçi Famil Əhmədzadə də tarixçilərin irəli sürdüyü bu məqamları təsdiqləyir. Onun sözlərinə görə, İsmayıllı bir rayon kimi qədim yer olmadığından onun adının yaranması haqqında da az məlumat var: “Bir sıra tarixçilər deyir ki, İsmayıllı rayonunun adı “su axan” yer mənasını verir. Bu da rayon ətrafında çoxlu çayların olmasından irəli gəlib. Su meylli olduğundan İsmayıllı adlandırılıb. Əvvəllər İsmayıllı Şamaxı rayonun (qəzasının) tərkibində olub. Ona görə də rayonun adı ilə bağlı az məlumat var. Belə bir versiyada səsləndirilir ki, rayonun adı vaxtilə onun ərazisində olan İsmayıllı kəndinin adından götürülüb. Çünki İsmayıllı kəndinin adı daha qədimdir.

 

Şair Musa Yaqub deyir ki, İsmayıllı rayonuna onun coğrafi mövqeyinə görə adlandırıblar: “Ümumiyyətlə çox yerin adım onun coğrafi mövqeyinə görə verilir. Məsələn, Küpür, Keçəl təp, Alaxan, Göyçay. İsmayıllı rayonunu adı isə “su meylli” mənasını verir. Ərazi dağlar arasında yerləşdiyindən su yığılan yer kimi tanınır. Elə yaşlıların dilində də İsmayıllıdan çox “su meylli” ifadəsi işlənir. Şirvanda meyl sözü çox işlənir. Həm də rayonda yerdə hara vurursan su çıxır”. M. Yaqub onu da bildirdi ki, çoxları rayonun adının şah İsmayılın ora gəlməsi ilə yarandığını deyirlər. “Amma belə bir şey yoxdur. Coğrafi baxımdan həmin ərazi aşağı olduğu üçün su meylli ərazi olub. Ona görə də rayonun adı “İsmayıllı” adlandırılıb”.     

 


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda bacı və qardaş bıçaqlanıblar 9 Dekabr 2019, 08:20 Qızıl mədənində 4 fəhlə öldü 9 Dekabr 2019, 00:54 İtalyan nəşri Bakı aeroportundan yazdı 9 Dekabr 2019, 00:39 Qanunsuz yolla qaçmaq istəyən miqrantlar saxlanılıb 9 Dekabr 2019, 00:19 İş yerlərində bu qaydalara əməl edilməlidir - AGENTLİK 8 Dekabr 2019, 23:57 Tovuzda iki qadın dəm qazından zəhərləndi 8 Dekabr 2019, 23:34 Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb 8 Dekabr 2019, 23:15 Ukraynada sabiq prezidentə yumurta atdılar - VİDEO 8 Dekabr 2019, 22:50 SEPAH-ın düşərgəsi bombalandı: ölən və yaralanan var 8 Dekabr 2019, 22:32 Məktəb direktorunun qızı Bakıda özünü binadan atdı 8 Dekabr 2019, 22:13 İraqda saxlanılan 2,6 min etirazçı azadlığa çıxdı 8 Dekabr 2019, 21:46 Lənkəranda 3 bal gücündə zəlzələ oldu 8 Dekabr 2019, 21:35 Hava limanı yolunda ağır qəza tıxaca səbəb oldu 8 Dekabr 2019, 21:02 Dövlət satınalmalarında  ciddi islahatlara ehtiyac var 8 Dekabr 2019, 20:49 ABŞ-la İran saxladıqları girovları dəyişdirdi - FOTO 8 Dekabr 2019, 20:32 Bakıda 36 yaşlı kişi mənzilində ölü tapıldı 8 Dekabr 2019, 20:16 Sürücülərə XƏBƏRDARLIQ: bu yollarda sürət həddi endirildi 8 Dekabr 2019, 20:01 Litvada idman təyyarəsi qəzaya uğrayıb 8 Dekabr 2019, 19:31 Keniyada ölənlərin sayı 7-yə çatdı 8 Dekabr 2019, 19:26 Daşqınlar zamanı 22 nəfər ölüb 8 Dekabr 2019, 19:00 Beynəlxalq Avtovağzal yaxınlığında avtomobil yanır 8 Dekabr 2019, 18:30 Valideynləri azyaşlı uşaqlara işgəncə verib - FOTOLAR 8 Dekabr 2019, 17:48 Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti tapılıb 8 Dekabr 2019, 17:36 Aftandil Hacıyev: "10 oyun qalib gəlməmək böyük problem deyil" 8 Dekabr 2019, 17:31 Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb 8 Dekabr 2019, 17:17 İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb 8 Dekabr 2019, 16:44 Azərbaycan ağırlıqqaldıranı ikinci dəfə Avropa çempionu olub 8 Dekabr 2019, 16:08 Həmkarı Yevda Abramovdan yazdı 8 Dekabr 2019, 16:02 Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb 8 Dekabr 2019, 15:33 Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR 8 Dekabr 2019, 15:09 Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57 Messi tarix yazmağa davam edir - YENİ REKORD 8 Dekabr 2019, 14:44 Ukraynada matəm elan olunub 8 Dekabr 2019, 14:18 Elçibəyin nəvəsinin yeni FOTOSU  8 Dekabr 2019, 14:06 "Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub 8 Dekabr 2019, 13:34
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?