Modern.az

Zəfər günü

Zəfər günü

Aktual

8 Noyabr 2022, 11:00

Bu günə gün çatmaz tarixlər boyu,
Qurtuldu xalqımın şərəfi, soyu...
Dikəldi millətin əyilən boyu,
O gün azalığa səfər günüdür,
Bu gün tariximin Zəfər günüdür!

 

Mübarək əmrini verdi Komandan,
Hücum nərəsilə sökülürdü dan...
Qarabağ uğrunda tökülürdü qan,
O gün Şəhid üç min nəfər günüdür,
Bu gün tariximin Zəfər günüdür!

 

Hər igid qəlbində Vətən can idi,
Hər canda bu Vətən bir vicdan idi.
Xalqa arxalanan Komandan idi,
O gün birlik günü, şərəf günüdür,
Bu gün tariximin Zəfər günüdür!

 

Şərəfli 44 gün, şanlı 44 gün,
Əbədi qürursan tariximizçün...
Qəhrəman Ordumun qoyduğu izçün,
O gün düşmənlərin məhşər günüdür,
Bu gün tariximin Zəfər günüdür!

 

Tarix yazan elin üç min qardaşı,
Hər Şəhid bu xalqın ömür sirdaşı,
Yazdı hünəriniz tarix yaddaşı,
O gün şərəfimin mərd, ər günüdür,
Bu gün tariximin Zəfər günüdür!

 

Azaddır Qarabağ, azaddır Şuşam,
Kövrəlir sevincdən Sərkərdəm, Paşam...
Xalqım var olduqca qürurla yaşar,
O gün varlığımın gövhər günüdür,
Bu gün tariximin Zəfər günüdür!!!

 

Eldar İSKƏNDƏRZADƏ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok