Arxiv
1 May 2013, 12:34 | AKTUAL
Gülər Əhmədova istintaqa şərt qoydu: “Elşad Abdullayev gəlməsə, ifadə verməyəcəm” - AÇIQLAMA

Hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın vəkili Baş Prokurorluğun mətbuat xidmətinin rəhbərinə cavab verdi. Gülər Əhmədovanın vəkili Əfsər Talıbov Modern.az-a açıqlamasında bildirdi ki, Baş Prokurorluq Elşad Abdullayevin istintaqa təqdim etdiyi materialları sübut kimi qəbul etsə də, müdafiə tərəfi həmin sübutları qəbul etmir:

“İşə qoşulan ilk gündən onun haqsız yerə tutulduğunu demişəm. Bu işdə Cinayət Məcəlləsinin 178.3.2, 307.2 maddələrinin tərkibi yoxdur. Fikirlərimin də üzərində dayanıram. Mənim imzamla yazılan həmin şikayətlər Baş Prokurorluq və digər hüquq-mühafizə orqanlarına və 12 instansiyaya göndərilib. Həmin ərizələrimdə sübut edirəm ki, Gülər Əhmədovanın hərəkətlərində cinayət əməli yoxdur. Prokurorluq mətbuat katibi Eldar Sultanovun simasında fikirlərimizi əsassız sayır. Göstərir ki, Gülər Əhmədovanın vəkillərinin fikirlərinin heç bir hüquqi əsası yoxdur. Onda sual olunur: saxta sübutları, video görüntüləri əvvəldən bir dəlil kimi qəbul etmirik. Çünki Konstitusiyanın 32.3 maddəsi və Cinayət Prosessual Məcəlləsi 25-ci maddə ilə nələrin sübut növü kimi qəbul olunmasını qanunla işləyənlər qarşısında qoyur. Orada da göstərilir ki, vətəndaşın icazəsi, razılığı olmadan onun video görüntülərinin, danışıqlarının yazılması qeyri-qanunidir. Qeyri-qanuni sübutlarla millət vəkilini, 2010-cu ildən 2012-ci ilədək  3 dəfə deputat seçilmiş insani həbs edirlər”.

Ötən gün müvəkkili ilə görüşdüyünü deyən Əfsər Talıbovun sözlərinə görə, Gülər Əhmədova bildirib ki, Elşad Abdullayev Azərbaycana gətirilməyənə və ifadə verməyənə, əlindəki sübutlar təqdim edilməyənə kimi ifadə verməyəcək:

“Müstəntiq də Gülər Əhmədovanın yanına gəlmişdi. Ona öz iradlarımı çatdırdım. Müstəntiq Gülər Əhmədovanın iki vəkilindən imtina etməsi ilə bağlı onun ərizəsini aldı. Başqa istintaq hərəkətləri aparılmadı. Gülər xanım da Bakı şəhər prokuroru Əziz Seyidova ərizə ilə müraciət etdi ki, o əsassız tutulub və Elşad Abdullayev Azərbaycana gətirilməyənə və ifadə verməyənə, əlindəki sübutlar təqdim edilməyənə kimi ifadə verməyəcək. Gülər Əhmədova xalqın qarşısında və cənab prezidentin daxili və xarici siyasətinin həyata keçirilməsində xidmətləri olub və həmin xidmətlərini ərizəsində qeyd etdi. Onun himayəsində 8 yaşlı övladının olması, xəstə olması ilə bağlı bütün sənədləri topladıq və məhkəməyə müraciət etmişik. Yoldaşı da onkoloji xəstədir. Bütün bunları nəzərə alıb onun barəsində həbs dövründə seçilmiş qəti imkan tədbirinin dəyişdirilməsinə kömək edilməsini xahiş edirik”.

Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun dediyi fikirlərə cavab olaraq Əfsər Talıbov bildirdi ki, Baş Prokurorluq Elşad Abdullayevin istintaqa təqdim etdiyi video görüntülər sübut kimi qəbul edib.
”Amma biz müdafiə tərəfi olaraq bu sübutları qəbul etmirik”.
Həmin video görüntülərlə bağlı Rusiya istintaq qrupundan gələn rəyə də münasibət bildirən vəkilin sözlərinə görə, həmin video görüntülər üzərində iş gedir və ekspertiza aparılır.

Gültəkin Ələsgər     

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək 10 İyul 2020, 00:44 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi 10 İyul 2020, 00:32 Xalq artistinin oğlu vəfat etdi 10 İyul 2020, 00:14 Bakıda internet problemi yarandı 9 İyul 2020, 23:57 Nazir Səttar Mehbalıyevin oğlu ilə bağlı əmr VERDİ 9 İyul 2020, 23:45 AZAL Kiyevdən 189 azərbaycanlını vətənə gətirdi - FOTOLAR 9 İyul 2020, 23:27 Çin daha bir rabitə peykini orbitə çıxardı 9 İyul 2020, 23:15 Avropa Liqasının qrup mərhələsində VAR sistemi tətbiq edilməyəcək 9 İyul 2020, 22:59 Bank kreditləri üzrə dövlət dəstəyi veriləcək subyektlər müəyyənləşdi 9 İyul 2020, 22:43 Dağlıq ərazidə baş verən yanğın söndürüldü 9 İyul 2020, 22:30 İtaliyada 34 926 nəfər koronavirusun qurbanı oldu 9 İyul 2020, 22:16 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 59-a çatdı - FOTO 9 İyul 2020, 22:00 Siam əkizlərini 18 saat davam edən əməliyyatla ayrılıblar 9 İyul 2020, 21:44 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ə çatıb 9 İyul 2020, 21:28 Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapıldı - YENİLƏNİB 9 İyul 2020, 21:14 6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub 9 İyul 2020, 21:09 Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə görüşü keçirilib 9 İyul 2020, 20:53 Smartfonların elektromaqnit radiasiya səviyyəsi açıqlandı - SİYAHI 9 İyul 2020, 20:41 Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq 9 İyul 2020, 20:33 Nazirlər Kabinetindən əməkhaqları ilə bağlı QƏRAR 9 İyul 2020, 20:03 Pandemiya ilə mübarizə aparan tibb işçiləri ilə bağlı 2 VACİB TƏKLİF                              9 İyul 2020, 19:54 Jurnalistlər ev almaq üçün indi heç kimə yaltaqlanmırlar... 9 İyul 2020, 19:45 Azərbaycanda daha 548 nəfər virusa yoluxdu, 10 nəfər öldü 9 İyul 2020, 19:31 Rusiya XİN-I Azərbaycanın təşəbbüsünü ALQIŞLADI 9 İyul 2020, 19:04 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANIB 9 İyul 2020, 18:58 İsveçdə hər plastik torba üçün 55 qəpik vergi tutulur 9 İyul 2020, 18:51 Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb 9 İyul 2020, 18:40 Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38