Modern.az

Nazir Hüseyn Bağırov 6 rayonun şikayətçilərini qəbul edəcək

Nazir Hüseyn Bağırov 6 rayonun şikayətçilərini qəbul edəcək

Aktual

3 May 2013, 11:30

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mayın 15-də saat 11:00-da Şirvan şəhərində yerləşən Mərkəzi Mədəniyyət evində (Gülbala Şıxbalaoğlu küçəsi 14) Şirvan, Salyan, Neftçala, Hacıqabul, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların [email protected] elektron poçt ünvanı, 168 saylı “Qaynar xətt”, həmçinin nazirliyin 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Şirvan şəhəri, İsmət Qayıbov küçəsi 16, əlaqə tel: 070- 376-09-80 və 021-21-6-22-47) xahiş olunur.  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar