Modern.az

Gülər Əhmədova: “Çarşabı sallam başıma...”

Gülər Əhmədova: “Çarşabı sallam başıma...”

4 May 2013, 14:31

Namidə Bingöl

(həftənin subyektiv icmalı) 

Aprel ayının son həftəsi hava birdən-birə dəyişdi. Əsl yaz ab-havasına şahid olduq. Psixoloqlar bu fəsildə insanları ehtiyatlı olmağa, ünsiyyətdə etik qaydalara xüsusi diqqət yetirməyə səsləyirlər. Əbəs yerə bu fəslə “qan qaynayan vaxt” demirlər. Zəhmətkeşlərin 1 may günü dünyanın bir çox ölkələrində qanlı olaylarla yadda qaldı. Sözümün canı var. Yazını sonuna qədər oxusanız nə demək istədiyimi biləcəksiniz. İlk öncə, həftənin siyasi düşərgəsinə nəzər salaq.                                    

Milli Şuranın sədri kim olsun?

Uzun müddətdir yaradılması nəzərdə tutulan lakin hələ də havada qalan Milli Şura ətrafında səngimək bilməyən söz-söhbətlər mətbuatın da gündəmindən düşmür. Nə vaxtsa yaradılmalı olacaq Milli Şuraya Rüstəm İbrahimbəyovun rəhbərlik etməsi ictimai-siyasi dairələr tərəfindən birmənalı qarşılanmır. Vətəndaş Hərəkatı Forumunun rəhbəri, vəkil Qurban Məmmədov Rüstəm İbrahimbəyovun Milli Şuraya sədrlik etməsini məqsədəuyğun hesab etmir. “Milli Şuraya ya İsa Qəmbər, ya da Əli Kərimli rəhbərlik etməlidir. Rüstəm İbrahimbəyova gəlincə, Milli Şuraya rəhbərlik etməsi onun ağsaqqallıq missiyasına son qoyacaq”.

Qurban müəllim, Rüstəm İbrahimbəyovun qalmaqallı çıxışları yəqin ki, yadınızdadır. Məhz, bu cür çıxışlar səbəbindən bəzi dairələrdə Rüstəm İbrahimbəyovun ağsaqqallıq missiyasına çoxdan son qoyulub. O son bu sonun qarşısında nəyi dəyişə bilər?!

Çarşabı saldı başına, Allahına sığındı

Milli Məclisin sabiq deputatı, hazırda Bakı İstintaq Təcridxanasında məhkum həyatı yaşayan Gülər Əhmədovanın günahsız olduğunu sübuta yetirməyə çalışması bu həftə məhbus xanımın azadlığa qovuşmaq ümidini gözündə qoydu. Çünki Baş Prokurorluq sabiq deputatın cinayətlərinin tam sübuta yetirildiyini bəyan etdi. Bu arada azadlığa çıxışı olmayan həbsxana divarları arasında Gülər Əhmədova hicab geyindi. Müsəlman qadını üçün bu məqbul hesab edilir. Bizdə isə tərsinədir. Lətifəsi sizdən uzaq Gülər xanım. Çoxu özünü reklam etmək üçün başını bağlayır. Xanım məhbusun vəkili Əfsər Talıbovun mətbuata verdiyi açıqlama da maraqlı oldu. Sən demə, Gülər Əhmədova Elşad Abdullayev Azərbaycana gətirilib ifadə verməsə, əlindəki sübutları təqdim etməsə ifadə verməyəcək. Görünür, sirli qalan çox mətləblər var.

Siyasətdə at oynadanlar

Türkmənistanda keçirilən ənənəvi at yarışı Türkmənbaşı Qurbanqulu Berdimuhammedovun atdan yıxılması ilə yadda qaldı. Məlum atdan düşmə hadisəsindən sonra həmkarlarımdan biri müxalifət düşərgəsinə baş çəkdi. Sən demə, bizim siyasi liderlərimizdə nə vaxtsa at belində olublar. Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılı cavan vaxtlarında o qədər at minib ki. Son illərdə isə at minə bilmir. Arif bəy, məncə siyasətdə at oynatmaq daha yaxşıdır.                           
Azadlıq Partiyasının sədri Əhməd Oruc iki dəfə atdan yıxılıb. Bütün həyatı boyu isə at minib. Müsavat başqanı İsa Qəmbərın cavabı daha tutarlı oldu məncə. ”Bakı şəhərində doğulub böyüdüyüm üçün bu barədə o qədər də təcrübəm yoxdur. Atdan yıxılmağa gəlincə, mən heç vaxt belə hadisə ilə qarşılaşmamışam.” İsa bəy, etiraf edək ki, siz siyasi lider olaraq siyasətdə az at oynatmamısınız. Siyasi mövqeyinizdən asılı olaraq, bu qaçılmazdır. Həbsxanada olan Pənah Hüseyn də həmişə at minmək arzusunda olub. At həm də muraddır, Pənah bəy. Arzu edirəm ki, siz yuxuda o qədər at görəsiniz ki...

1 mayı istəməyənlər

Bu həftə həmçinin dünyanın bir çox ölkələrində zəhmətkeşlərin 1 may günü qeyd olundu. İlk dəfə 1889-cu ilin iyulunda 1 may tarixinin nümayişlərlə Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi anılması Paris Konqresində verilib. 1 may aksiyası Bakıda da qeyd olundu. Türkiyədə isə 1 may tarixi qanlı olayla yadda qaldı. Aksiyanın qarşısını almaq üçün şəhərin mərkəzində şiddətli qarşıdurma yaşanıb.

Hə, əziz dostlar, qan axıtmaq istəyənlər üçün tarixin fərqi varmı?! İstər 1 may olsun, istər olmasın.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı