Arxiv
22 İyun 2020, 11:54 | ƏDƏBİYYAT
Davam edir YEMƏK-İÇMƏK
Davam edir YEMƏK-İÇMƏK

Mahir Qabiloğlu


Unudulmaz  şairimiz Xəlil Rza Ulutürk Lefortovo zindanından azad edildikdən sonra və Bakı şəhərinin Məhkəməsi bu azadlıq mücahidinə tam bəraət verdikdən sonra şairin şərəfinə onun ata-baba ocağı Salyanda – qardaşı Məhəmmədgildə nağıllarda deyildiyi kimi, üç gün – üç gecə camaat süfrəsi açılır, xalq ziyafəti verilir. 1990-cı il noyabrın 7-də Bakıdan dəvət olunmuş dəstədə xalq şairi Qabil də olur.
 
Qabilin həmin ziyafəti təsvirindən:

- Doğrudan da bu nağıl ziyafətdə, hardansa mənim yadıma Xəlil bəyin (mən Xəlilə hələ 60-cı illərdə “bəy” deyirdim) məşhur, çılğın, mübariz, hər sətri göz yaşlarıyla süslənmiş “Davam edir 37...” şeiri yadıma düşdü. Və ziyafətin 2-ci günü şairin Fərhad qardaşının evində yüksək qan təzyiqi altında, səfər zamanı məndən bir addım da, bir dəqiqə də aralanmayan şair dostum Zülfüqar Şahsevənlinin tapıb gətirdiyi dərmanları içə-içə ciddiliyi zarafata, könül xoşluğuna, şuxluğa bürünmüş “Davam edir yemək-içmək” şeirini yazdım. Xeyr, əziz oxucu, bu qətiyyən parodiya (gülməcə) deyil. İndiyə kimi işıq üzü görməyən yazımı Xəlil Rza Ulutürkün əziz xatirəsinə ehtiram kimi üzə çıxarıram. (Qabil “Dostlarım, tanışlarım” kitabı. Şirvannəşr-2002)

Davam edir yemək-içmək,
Daha ləziz, daha yüksək.

Nə qədər ki, dolma gedir,
Nə qədər ki, qutab gəlir.
Nə qədər ki, qutab gedir,
Nə qədər  ki, kabab gəlir...
Nə qədər ki, su şüşəsi,
Durur araq şüşəsilə,
Nə qədər ki, hər yüz atan
Çoşur şeir həvəsilə...
Davam edir yemək-içmək,
Daha ləziz, daha yüksək.

Nə qədər ki, Xəlil Rza
Öpüşlərin yağışında
Nə qədər ki, Xəlil Rza
Qonaqların alqışında,
Nə qədər ki, sağlıq deyə
Hamı tərif yarışında,
Nə qədər ki, nemət daşır
Süfrənin hər qarışında,
Davam edir yemək-içmək,
Daha ləziz, daha yüksək.

Nə qədər ki, piyalələr
Ağzınacan ləbələbdir,
Nə qədər ki, Xəlil Rza
Söz deməyə dotələbdir,
Nə qədər ki,Məhəmmədin
Təbi bizdən rəvan təbdir,
Nə qədər ki, bu cür görüş,
Bu cür  şənlik çox əcəbdir...
Davam edir yemək-içmək,
Daha ləziz, daha yüksək.

Nə qədər ki, beçələrin
Sümüyü də ötürülür.
Nə qədər ki, cücə-plov
Sini-sini gətirilir,
Nə qədər ki, qıtlıq, azlıq
İlim-ilim itirilir,
Nə qədər ki, qovurmanın
İşi fövrən bitirilir.
Davam edir yemək-içmək,
Daha ləziz, daha yüksək.

Nə qədər ki, Xəlil bəyə
Həsrət qalan gözlər gülür,
Nə qədər ki, şir ürəyə
Həsrət qalan üzlər gülür.
Nə qədər ki, piyalələr
Cingildəyir...  sözlər gülür,
Nə qədər ki, bu görüşə
Kür boyundan ellər gəlir,
Davam edir yemək-içmək,
Daha ləziz, daha yüksək.

Nə qədər ki, qollarını
Ana kimi açır Salyan.
Nə qədər ki, “Xoş gəlmisən,
Balam” deyib uçur Salyan,
Nə qədər ki, Tofiq Rza
Mənzilinə köçür Salyan
Nə qədər ki, Xəlil Rza
Şərəfinə içir Salyan,
Davam edir yemək-içmək,
Daha ləziz, daha yüksək.

Salyan, 08.11. 1990      

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
Bakının İrəvandan tələbi: Sərhəd 1919-cu il xəritəsi ilə…
Baş nazir nəqliyyatdakı vəziyyətlə bağlı müşavirə keçirdi - FOTOLAR 18:50, Bu gün Avropa ölkələri 15 min Ukrayna hərbçisinə təlim keçəcək  18:41, Bu gün AYB-nin qurultayının dəqiq tarixi gələn həftə bilinəcək 18:34, Bu gün Rasim Məmmədovun müavininə də cinayət işi açılıb - MƏHKƏMƏ  18:28, Bu gün Ermənilər Laçındakı evlərdə tələ-minalar quraşdırıb 18:16, Bu gün Oğurladığı avtomobili satan şəxs tutuldu - VİDEO 18:13, Bu gün Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik - İran XİN 18:10, Bu gün Dolların sabaha olan MƏZƏNNƏSİ 18:05, Bu gün Sülh müqaviləsinin elementləri İrəvana təqdim edilib 18:00, Bu gün Kərküklü şagirdlərə yardım göndərilib - FOTOLAR 17:56, Bu gün Ayda 1 dəfə imza atdırıb 200 manat verirdi - Səlim Müslümovun məhkəməsi 17:52, Bu gün Malyariya ilə bağlı vəziyyət nəzarətdədir - TƏBİB 17:48, Bu gün Xamenei üzə çıxdı, İrandakı iğtişaşlara görə iki dövləti SUÇLADI 17:46, Bu gün Stadionda baş verən iğtişaşda 32 uşaq ölüb 17:44, Bu gün Azərbaycan beynəlxalq təşkilata üzv SEÇİLDİ 17:40, Bu gün Rəsmi Bakıdan Ukraynaya mühüm DƏSTƏK 17:36, Bu gün Oğurladığı avtomobili satanda YAXALANDI 17:32, Bu gün Azərbaycan-Türkiyə birgə Universiteti bu tarixdə AÇILACAQ 17:28, Bu gün Yeniyetməni intihar həddinə çatdıran şəxs HƏBS EDİLDİ 17:24, Bu gün UEFA-dan “Qarabağ”la bağlı növbəti PAYLAŞIM 17:22, Bu gün Pandemiya sona yaxınlaşır - ÜST 17:18, Bu gün KTMT Rusiyanı müharibə meydanında tək qoydu 17:14, Bu gün Onkoloji xəstələr və qazilər üçün yığılan pulları oğurladı - VİDEO 17:10, Bu gün Ukraynaya 5 milyard avro yardım ayrıldı 17:06, Bu gün Həsən Həsənova “Tbilisinin fəxri vətəndaşı” adı verildi - FOTO 17:02, Bu gün Laçında xidmət edən hərbçilər mükafatlandırıldı - FOTO 16:58, Bu gün General Bərxudarov Əliyar Əliyevin məzarı önündə - FOTOLAR 16:54, Bu gün Uğurlarımızın təməlini siz qoyursunuz - Baş direktor 16:50, Bu gün İranda son sutkada 9 nəfər koronavirusdan öldü 16:46, Bu gün Şəhid Xəyal Namazovun xatirəsi yad edilib 16:42, Bu gün Sahibə Qafarova İndoneziyaya gedir 16:38, Bu gün Dünən cəmi 1 vaksin vurulub 16:34, Bu gün Yoluxma kəskin AZALDI 16:30, Bu gün Rəhim Rəhimlinin uşaqlıq ŞƏKİLLƏRİ 16:26, Bu gün “Hələ heç kimdən hədiyyə almamışam” - 76 yaşlı sabiq nazir 16:22, Bu gün Çexiya vətəndaşlarını Rusiyadan çıxarır 16:18, Bu gün Sergey Bodrovun qızı atasının yolunu seçdi - FOTO 16:14, Bu gün Azərbaycan idmançılarının oktyabr üçün REYTİNQİ 16:10, Bu gün İranda güneyli fəal qadın saxlanılıb 16:06, Bu gün