Qaxda Ana və azyaşlı övladı ocaqda YANDI

Qaxda Ana və azyaşlı övladı ocaqda YANDI

26 May 2023, 12:34

Qax rayonunda ana və azyaşlı övladı ocaq qalamaq istəyərkən yanıq xəsarətləri alıblar.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Marsan kəndində baş verib.

 

Belə ki, kənd sakini 1994-cü il təvəllüdlü Nəsibə Vahid qızı Məmmədova əlində olan benzin butulkası ilə ocaq qalamaq istəyib. Bu zaman ehtiyatsızlıqdan əlindəki benzin dolu butulka alışıb. Nəticədə 29 yaşlı N.Məmmədova və həmin vaxt yanında olan övladı, 2017-ci il təvəllüdlü Raziyyə Məmmədli yanıq xəsarətləri alıblar.

 

Xəsarət alan ana və qızı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranın dəhşətli sonu: Zəngəzur dəhlizi açılacaq