Modern.az

“Sultan” restoranının “sultanlığına” son qoyulur

 “Sultan” restoranının “sultanlığına” son qoyulur

Təhsil

21 Noyabr 2013, 16:27

Restoranda standartların tələblərinin pozulması aşkar olunub

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi 36 ünvanında yerləşən fiziki şəxs İslamov Şükürə məxsus “Sultan” restoranında dövlət nəzarəti aparılıb.

Komitədən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, müəssisənin mətbəxində sanitariya norma və qaydaları pozulub, natəmizlik hökm sürür. Müəssisədə kulinariya məmulatları reseptura olmadan hazırlanır, istifadə olunan məhsulların mənşəyini və keyfiyyətini bildirən müvafiq sertifikatlar yoxdur, mətbəxdə temperatur rejiminə düzgün əməl olunmur.

Həmçinin bütün hazır yeməklər alüminium qazanlarda soyuducuda ağzıaçıq saxlanılır, bir gün öncədən bişmiş yeməklər olan qazanlar bir-birinin  üzərinə qoyularaq qapaqsız saxlanılır. Restoranda istehlakçı hüquqları pozularaq bir neçə gün əvvəldən hazırlanmış yeməklər yeni hazırlanmış qida adı ilə təklif olunur. Müəssisədən ət farşı, “şuba” salatı, “mimoza” salatı, səbzi qovurma yeməklərindən nümunə götürülüb, Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib.

Araşdırma davam etdirilir.

Elçin

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı