Modern.az

Nelson Mandela: Aparteidə qalib gələn insanın ölümündən 1 il keçdi - FOTOLAR

Nelson Mandela: Aparteidə qalib gələn insanın ölümündən 1 il keçdi - FOTOLAR

5 Dekabr 2014, 13:50


Nelson Mandela Cənubi Afrika Respublikasında (CAR) Aparteid rejiminin ləğvi ilə mübarizəyə rəhbərlik edib və dünyanın ən hörmət edilən dövlət xadimlərindən biri olub.Bu gün Mandelanın ölümünün ildönümüdür.

O, 1962-ci ildə siyasi fəaliyyətinə görə ömürlük azadlıqdan məhrum edilib. Mandela 27 il sonra azadlığa çıxaraq CAR-ın prezidenti seçilib və ölkə tarixində ilk qaradərili dövlət başçısı olub. Mandela 1993-cü ildə Nobel mükafatına layiq görülüb.

Həyatının əsas anları

1918: Şərqi Kapski əyalətində anadan olub

1956: Dövlətə xəyanətdə ittiham olunub, sonradan ittiham götürülüb

1964: Yenidən ittiham irəli sürülərək ömürlük azadlıqdan məhrum edilib

1990: Həbsxanadan azad edilib

1993: Nobel mükafatı alıb

1994: CAR-ın prezidenti seçilib

1999: Dövlət başçısı postunu tərk edib

2001: Prostat xərçəngi diaqnozu qoyulub

2004: İctimai həyatdan uzaqlaşıb

2005: Oğlunun QİÇS-dən öldüyünü elan edib

2007: Ağsaqqalar Şurası yaradır

2010: Dünya çempionatının bağlanış mərasimində iştirak edir

2013: Həkimlərin nəzarəti altında bir neçə ay reanimasiyada qalır. Sentyabr ayında evə buraxılıb.

Nelson Mandela 5 dekabr 2013-cü il tarixində dünyasını dəyişib.




















Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi