Modern.az

Saakaşvili Ukraynanı NATO-ya qoşulmağa çağırdı

Saakaşvili Ukraynanı NATO-ya qoşulmağa çağırdı

11 Mart 2014, 10:47

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstanı, Ukraynanı və Moldovanı NATO blokuna üzv olmağa çağırıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, onun fikrincə, bu halda Ukraynanı indiki situasiyadan daha tez xilas etmək olar: “Ukrayna, Gürcüstan və Moldova tezliklə Avropa İttifaqına üzv olmalı və NATO-ya qoşulmaqla bağlı fəaliyyət planının imzalamalıdır”. Onun sözlərinə görə, belə vəziyyətdə Putinin opponentləri fərqi və potensial üstünlükləri görüb özəl reallıqları uğrunda mübarizə aparacaqlar. Bundan əvvəl “Batkivşina” fraksiyasının Ali Radadakı üzvləri Boris Tarasyuk, Valentin Korolyuk və Aleksandr Çernovolenko Ukraynanın NATO-ya inteqrasiyası prosesinin yenidən bərpa olunmasınə nəzərdə tutan qanun layihəsini qeydiyyatdan keçiriblər. Ukraynanın baş naziri Arseniy Yatsenyuk isə deyib ki, onun ölkəsi Şimali Atlantika Alyansına üzvlük perspektivin müzakirə etmir. 

Modern.az    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu