Arxiv
18 Aprel 2014, 14:42 | İQTİSADİYYAT
“Azərbaycanda satılan dərmanların 30-35 faizi saxtadır”

2014-cü ilin üç ayında Azərbaycanda dərmandan 70 nəfər zəhərlənib. Modern.az-ın apardığı araşdırma zamanı məlum olub ki, zəhərlənənlərin 49 nəfəri qadın, 20-si kişi, 11-i uşaqdır. Həmin müddətdə dərmandan zəhərlənən 3 kişi və 1 qadın dünyasını dəyişiblər.

Dərman zəhərlənmələrinin qarşısının alınması üçün monitorinqlər necə təşkil olunur? Saxta dərman dövriyyəsi Azərbaycanda hansı səviyyədədir?

Modern.az-ın suallarını cavablandıran Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin fikrincə, əksər dərman zəhərlənmələri intihar məqsədilə qəbul nəticəsində baş verir:

“Qanunvericiliyə görə Azərbaycana qanunsuz yəni, qeydiyyatdan keçməmiş dərmanların gətirilməsi qadağandır. Bildiyimə görə bu müddəaya kifayət qədər əməl olunur. Bazardakı dərmanların beş-altı faizi qeydiyyatdan keçməyə bilər. Amma qeydiyyatdan keçən dərmanların hamısı gələndə onlardan nümunələr götürülür, analiz olunur. Ondan sonra aptek şəbəkələrinə buraxılır. Dərmandan zəhərlənmə müxtəlif səbəbdən ola bilər: Aptekdə dərmanların saxlanılma şəraitinə uyğun normativlər pozular, dərmanın müddəti keçmiş olar, dərmanı işlədən vətəndaşlar onu həkim təlimatına uyğun olmayan şəkildə işlədə bilər, yəni dozasını lazım olan qədər və ya uyğun seçməzlər, dərman onunla ziddiyyət təşkil edən başqa dərmanla bir yerdə qəbul oluna bilər. Zəhərlənmə intihar məqsədi ilə içilən dərmanlardan da ola bilir. Toksikoloji mərkəzə düşən dərman zəhərlənməsi olan xəstələrin böyük faizi özləri qəsdən yəni, intihar məqsədilə dərman içənlərdir. Bu, statistikadır. Amma bütövlükdə Azərbaycanda dərman maddələrindən zəhərlənmə halları, yaxud fərdin pisləşməsi hallarının artması barədə məndə məlumat yoxdur”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda 30-35 faiz saxta dərman dövriyyəsi var: “Həftədə 2-3 dəfə bizə zəhərlənmə yox, dərmanın keyfiyyətsizliyi ilə bağlı, qeydiyyatdan keçib-keçməməsi, qalaqramının olub-olmaması xarakterli telefon zəngi gəlir. İnsanın dərmandan zəhərləndiyini müəyyən eləmək asan məsələ deyil və bunun diaqnozunu qoymaq çox çətindir. Ümumiyyətlə, Azərbaycanda kütləvi istehsal malları ilə zəhərlənmələrin qeydiyyatı çox cidd-cəhdlə gizlədilir. Çünki bütün mallara Səhiyyə Nazirliyi “hər şey yaxşıdır” və buna bənzər gigiyenik sertifikat verir. Bunu müəyyənləşdirmək əsas məsələ deyil. Dövlət orqanlarının verdiyi sertifikatı təkzib edən müstəqil laboratoriyalar yoxdur. Lakin onu deyə bilərəm ki, Səhiyyə Nazirliyi bu işlə ciddi məşğul olur, qarşısını almaq istəyir. Bu da istisna olunmur ki, Azərbaycanda ən azı 30-35 faiz saxta dərman dövriyyəsi var. Bütün dünyada isə bu göstərici 50-60 faizə qədərdir, Azərbaycanda da istisna olunmur. Biz dərman zəhərlənməsi ilə bağlı halların monitorinqini aparıb müəyyən edə bilmərik. Bu, çətin məsələdir”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin fikrincə, zəhərlənmələrin, hamısı dərmanların keyfiyyəti ilə bağlı deyil:

“Araşdırmaların nəticəsi göstərir ki, zəhərlənmə ya sui-qəsd halı, ya da dərmanların həkimin nəzarəti olmadan qəbul edilməsi ilə bağlı olur. Təyinatsız, yaxud evdə saxlayıb vaxtı keçəndən sonra qəbul edirlər. Keyfiyyətsiz mal respublikaya buraxılmır. Biz apteklərdə də monitorinqlər aparırıq. Qeydiyyatdan keçməyən dərmanın apteklərə buraxılması baş verir.  Onu monitorinq nəticəsində müəyyən edir, tədbir görürük. Bu səbəbdən ildən-ilə belə faktların sayı azalır”.

Misranə Həsənzadə

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhlükəli virus Çinə də çatdı 21 Yanvar 2021, 04:17 ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi 21 Yanvar 2021, 03:46 “Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin yanvarın 21-nə olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38 Mobil operatorların gəlirləri açıqlandı 20 Yanvar 2021, 21:27 Ermənistan rəhbərliyi erkən seçkilərə hazırdır 20 Yanvar 2021, 21:18 Co Bayden and içdi - VİDEO 20 Yanvar 2021, 21:02 Tramp Baydenə məktub yazdı 20 Yanvar 2021, 20:57 DİN-in "Telegram" kanalı yaradıldı 20 Yanvar 2021, 20:49 Britaniyada virusdan rekord sayda ölüm 20 Yanvar 2021, 20:39 Polşanın nüfuzlu qəzetində 20 Yanvardan yazıldı 20 Yanvar 2021, 20:26 Hacıqabulda koronavirus xəstəsinə cinayət işi açıldı 20 Yanvar 2021, 20:12 ABŞ səfiri Şəhidlər xiyabanını ziyarət etdi 20 Yanvar 2021, 20:04 Fransada məhbuslar həbsxananı yandırıblar 20 Yanvar 2021, 19:46 Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını AÇIQLADI 20 Yanvar 2021, 19:31 Madridin mərkəzində partlayış: 4 ölü, 6 yaralı 20 Yanvar 2021, 19:17 Ermənistan Türkiyə ilə sərhəddə təlimlər keçirəcək 20 Yanvar 2021, 19:08 Sabirabadda avtomobil kanala aşıb, sürücü ölüb 20 Yanvar 2021, 18:49 Madridin mərkəzində güclü partlayış olub 20 Yanvar 2021, 18:35