Modern.az

Markesin dostlarına məktubu: “Artıq ölə bilərəmmi?”

Markesin dostlarına məktubu: “Artıq ölə bilərəmmi?”

Ədəbi̇yyat

18 Aprel 2014, 15:14

Məşhur Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markes xərçəng xəstəliyinə tutulduqdan sonra dostlarına məktub yazmışdı. Modern.az həmin məktubu təqdim edir:

“Tanrı bir an üçün çınqıldan körpə olduğumu unudub can verərək məni mükafatlandırsa, ağılımdan keçən hər şeyi dilə gətirməyə bilirdim, amma heç olmasa dilə gətirdiklərimi detalı ilə ağılımdan keçirər və düşünərdim.
Əşyaların maddi istiqamətlərinə deyil, mənalarına dəyər verərdim. Az yatar, çox yuxu görər, gözümü yumduğum hər dəqiqədə, 60 saniyə boyunca işığı itirdiyimi düşünərdim.
İnsan eşqdən imtina etsə, yaşlanar.
Basqaları dözdüyü zaman getməyə iddia edərdim. Başqaları yatarkən oyanıq qalmağa cəhd göstərərdim.
Əgər Tanrı mənə bir azca can versə, sadə geyinər, üzümü günəşə çevirər, tək bədənimi deyil, ruhumu da bütün çılpaqlığı ilə açardım.

Tanrım, əgər bir ürəyim olsaydı nifrətimi buzun üzərinə tökər və günəşin göstərməsini gözləyərdim. Göz yaşlarımla gülləri sular, bədənimə batan tikanlarının ağrısını hiss edərək dodaq qırmızısı tac yarpaqlarından öpmək istəyərdim.

Tanrım bir qurtumluq həyatım olsaydı... Gün keçməsin ki, qarşılaşdığım bütün insanlara onları sevdiyimi söyləməyim. Bütün qadın və kişiləri, ən sevdiyim insanlar olduqları mövzusunda bir-bir razı salardım. Və eşq içində yaşayardım.

Kişilərə, yaşlandıqları zaman eşqi buraxmalarının nə qədər səhv olduğunu izah edərdim. Çünki insan eşqi buraxınca yaşlanar.

Uşaqlara qanad verərdim. Amma uçmağı öz başlarına öyrənmələrinə imkan təmin edərdim.

Yaşlılara isə ölümün yaşlanma ilə deyil, unutma ilə gəldiyini öyrədərdim.

Ey insanlar! Sizlərdən nə qədər də çox şey öyrənmişim. Bütün insanların, xoşbəxtliyin gerçəkləri görməkdə gizli olduğunu bilmədən, dağların zirvəsində yaşamaq istədiyini öyrəndim.

Yeni doğan kiçik bir körpənin, atasının barmağını sıxarkən əslində onu özünə sonsuza qədər qandalla məhkum etdiyini öyrəndim. Sizlərdən çox şey öyrəndim. Amma bu öyrəndiklərim çox işə yaramayacaq. Çünki hamısını bir çantaya kilidlədim. Bədbəxt bir şəkildə...

Artıq ölə bilərəmmi?”

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır