Modern.az

Rusiyalı milyarder Qarabağa səfər edib

Rusiyalı milyarder Qarabağa səfər edib

18 Aprel 2014, 17:48

Rusiyada sığorta sahəsində ən böyük özəl şirkətlərdən olan “Reso Qarantiya”nın vitse-prezidenti, milyarder Nikolay Sarkisov Dağlıq Qarabağa qanunsuz səfər edib. Modern.az Ermənistan KIV-nə istinadən bildirir ki, Xankəndidə separatçı rejimin “prezidenti” Bako Saakyanla görüşən Sarkisov burada maliyyələşdirdiyi layihələrinin, o cümlədən məktəb binasının yeni korpusunun tikinti prosesi ilə maraqlanıb. Nikolay Sarkisovun həm də Dağlıq Qarabağda dağ-mədən sahəsində geoloji kəşfiyyat və istismar işlərini həyata keçirən şirkətlərin pay sahibidir. 2014-cü il üzrə Rusiyanın ən zəngin 200 milyarderinin siyahısını dərc edən  “Forbes” jurnalı Nikolay Sarkisovu 1,1 milyard dollar şəxsi sərvətlə siyahının 98-ci pilləsində qərarlaşdırmışdı.

Nikolay Sarkisovun qardaşı, “Reso-Qarantiya” şirkətinin direktorlar şurasının sədri Sergey Sarkisov isə eyni sərvətlə 99-cu pillədə yer alıb.

Xatırladaq ki, Sarkisov qardaşlarının babası əslən Şuşa şəhərindəndir.

 

Vüqar İsmayılov 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?