Modern.az

Ukraynada genişmiqyaslı hərbi əməliyyat başlayıb

Ukraynada genişmiqyaslı hərbi əməliyyat başlayıb

Aktual

2 May 2014, 10:01

Bu gün səhər yerli vaxtla saat 4:30-da Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində genişmiqyaslı antiterror əməliyyatları başlayıb. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bir neçə istiqamətdə avtomat silahlardan intensiv atəş açılır. Şəhərdə həyəcan siqnalı verilib, kilsələrdə zənglər səslənir. İlkin məlumata görə Ukrayna ordusu üsyançıları artıq Karaçun dağına tərəf sıxışdırıb. Özlərini Slavyanskın özünü müdafiəçiləri elan edənlər isə artıq bir vertolyotun vurulduğunu xəbər veriblər. Yaralılar haqda hələ ki məlumat yoxdur. Digər məlumata görə, əməliyyatda ağır hərbi texnikadan da istifadə olunur.

 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü