Modern.az

"Həmsədrlər Dağlıq Qarabağın azərbaycanlı icmasında görüş keçiriblər" -AÇIQLAMA

"Həmsədrlər Dağlıq Qarabağın azərbaycanlı icmasında görüş keçiriblər" -AÇIQLAMA

Aktual

20 May 2014, 17:23


“Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin mən daxil olmaqla bütün digər üzvləri Minsk Qrupu həmsədrləri ilə görüşdə bir sıra məqamlarla bağlı söhbət etdik. Həqiqətdə işğal olunmuş ərazilərə ermənilərin köçürülməsi faktı var”.

Bunu Modern.az-a açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birliyinin idarə heyətinin üzvü, deputat Rövşən Rzayev deyib. “Suriya ermənilərin Azərbaycan ərazisində yerləşdirilməsini bizimlə görüşdə həmsədrlər də etiraf edib”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik regiona növbəti səfərlərinin yekunlarına dair bəyanat yayıblar. Bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ, Kəlbəcər və Laçın rayonlarında vəziyyət nəzərdən keçirilərkən son illərdə əhalinin artımında dəyişiklik müşahidə olunmayıb.

  Rafiq Qənbərov  

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır