Modern.az

DİN-dən döyülən uşaqla bağlı AÇIQLAMA: “Uşaq yıxılıb..”

DİN-dən döyülən uşaqla bağlı AÇIQLAMA: “Uşaq yıxılıb..”

Aktual

20 May 2014, 17:57


“Tərəfimizdən araşdırma aparıldı. İlkin araşdırma nəticəsində məlum oldu ki, mətbuatda yazılanlar tamamilə əsassızdır”. Bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Orxan Mansurzadə bildirdi.

Nazirlik rəsmisinin sözlərinə görə, hadisədə adı hallanan Nahid adlı uşaq bir neçə gün öncə yıxılıb və nəticədə gözünün altında göyərmə əmələ gəlib. “Bu döyülmənin nəticəsi deyil. Uşaq də özü bunu etiraf etdi”. O.Mansurzadə məsələdə hansısa müəllimin adının hallanmasının ilkin araşdırma nəticəsində müəyyən olunmadığını vurğuladı. “Ola bilər ki, sonrakı araşdırmalarda yeni faktlar meydana gələr. İlkin araşdırmanın nəticəsi budur ki, uşağı heç kəs döyməyib, yıxılıb. Nahid özü də bunu etraf etdi”.

Qeyd edək ki, bugün mətbuatda Suraxanı rayonu 7 saylı internatda Nahid adlı uşağın dəyənək vasitəsilə Gülya adlı müəllim tərəfindən döyüldüyü haqda xəbərlər yer alıb. Bununla bağlı olaraq Təhsil nazirliyi və DİN araşdırmalara başlayıb.

 

Gülşən RAUFQIZI  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır