Modern.az

Şəhəri təhqir edən tələbə cəzalanacaq

Şəhəri təhqir edən tələbə cəzalanacaq

4 Sentyabr 2014, 13:21

26 yaşlı tələbə xanım Frorensiya Sihombin İndoneziyanın Cokyakarta şəhərini təhqir etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum oluna bilər. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hüquqşünas təhsili alan tələbə yanacaqdoldurma məntəqəsində güzəştli yanacaq növbəsinə dayanan maşınları ötüb keçərək güzəştsiz yanacaq satılan maşınların növbəsində durmaq istəyib. Lakin bu manevrləri müşahidə edəm məntəqə işçiləri növbəni pozduğu üçün ona xidmət göstərməkdən imtina ediblər.

Hadisədən qəzəblənən Florensiya Sihombin sosial şəbəkələrdən birində emosional şəkildə öz fikirlərini bölüşüb: “Cokyakarta (Coca) kasıb, küt və mədəniyyətsiz şəhərdi. Cakarta və Banduqadakı dostlarımdan xahiş edirəm, bu şəhərə gəlməyin”.

Bununla da sakitləşməyən tələbə xanım öz narazılığını videomüraciət vasitəsilə də yayımlayıb.

Tezilklə polis 26 yaşlı Florensiyanı həbs edib. O, nifrət toxumu səpməkdə və diffamasiyada (böhtan yaymaqda) ittiham olunur. Məhkəmə prosesinə qədər azadlıqda qalacaq gənc tələbə günahı sübuta yetirəcələcəyi halda 6 ilə qədər azadlıqdan məhrum edilə bilər. Lakin onun vəkilləri müştərilərinin həbsinin qanunsuz olacağını düşünür.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü