Modern.az

Putin Yanukoviçi necə təhdid edib? - "Yanukoviç saatlarla qapının ağzında qalırdı" - TƏFƏRRÜAT

Putin Yanukoviçi necə təhdid edib? - "Yanukoviç saatlarla qapının ağzında qalırdı" - TƏFƏRRÜAT

27 Noyabr 2014, 23:05

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Avropa Birliyi ilə assosiasiya sazişini imzalamaqdan imtina edərək Rusiyaya üz tutması barədə yeni məlumatlar ortaya çıxıb. Modern.az saytının verdiyi xəbərə görə bu barədə Almaniyanın məşhur “Der Spiegel” nəşri yazıb.

Sözügedən mətbu orqan Ukraynanın Avropa Birliyi ilə assosiasiya müqaviləsini imzalamaq ərəfəsində olduğu vaxtda  Yanukoviçin 2013-cü ilin 9 noyabrında Moskva ətrafı ərazilərin birində yerləşən hərbi aeroportda Rusiya prezidenti Vladimir Putinlə görüşünün olduğunu yazıb.  

Nəşr bildirib ki, Putinlə Yanukoviçin üz-üzə görüşü olub və Rusiya lideri Avropaya meyllənmək istəməsinə görə ona nifrətini gizlədə bilməyib.

“Putin həmin vaxt Yanukoviçə nifrətdən başqa heç bir münasibət bəsləmirdi. O, Ukrayna liderinin daimi qərarsızlığından qıcıqlanırdı. Bəzən Putin Yanukoviçi saatlarla qapının ağzında gözlədirdi. Kreml Yanukoviçin etibarsız olmasına əmin idi”,-deyə “Der Spiegel” qeyd edib.

İddiaya görə Rusiya lideri Vladimir Putin həmin vaxtdan etibarən dərk etməyə başladı ki, Viktor Yanukoviç Avropa Birliyi ilə sazişi imzalamaq niyyətindədir. Rusiya prezidentinin məhz buna görə öz məsləhətçisi Sergey Qlazyevi Ukraynaya göndərdiyi də vurğulanıb.

“Putin bu hadisəyə qarşı Rusiyanın mümkün reaksiyasını hazırlamaq üçün Sergey Qlazyevi Ukraynaya göndərirdi. Qlazyev Rusiyanın təhdidləri, törədə biləcəyi təhlükələr barədə mesajlar verirdi. O qeyd edirdi ki, Kiyevin Avropa Birliyi ilə assosiasiya sazişi imzalaması Ukrayna üçün təhlükəlidir”.  

Məqalədə o da bildirilib ki, Putin Yanukoviçlə görüşləri zamanı ona qazın qiymətinin aşağı salınması və digər iqtisadi məsələlərlə bağlı vədlər verirdi: “Putin Ukraynanın Avropa Birliyinə inteqrasiyasının qarşılığı olaraq Yanukoviçə iqtisadi vədlər verirdi.  Əks təqdirdə isə, o Ukraynanı məhv edəcək ticarət müharibəsi ilə hədələyirdi. Məhz bu görüşdən sonra Yanukoviçin əhval-ruhiyyəsində dəyişiklik oldu. Bundan sonra Polşanın sabiq prezidenti Aleksey Kvasnevskiy Ukrayna oliqarxlarından biri Viktor Pinçuka zəng edib dedi ki, Yanukoviç onları aldadır.  Sabiq prezident qışqıra-qışqıra deyirdi: “O heç nə imzalamağa hazırlaşmır, bizi aldadır.  Yanukoviç dələduz və yalançıdır””,-deyə nəşr yazıb. 

Qeyd edək ki, Viktor Yanukoviçin Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaqdan imtina etməsi, Ukraynada Avromayda hərəkatını başlandı. Nəticədə Qərb meylli qüvvələr Viktor Yanukoviçi hakimiyyətdən devirdilər.  

Aqşin Kərimov  


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü