Arxiv
3 Dekabr 2014, 18:17 | DÜNYA
Dünyanın ən gənc “qanuni oğru”su - FOTOLAR

“Qanuni oğru”u anlayışı XX əsrin 30-cu illərində keçmiş SSRİ-də meydana gələn və ittifaqın dağılması ilə postsovet ölkələrində geniş yayılan kriminal tituldu. Bu titul cinayət aləmində xüsusi çəkiyə malik, müəyyən kriminal kodeksə riayət edən avtoritetlərə verilir. Klassik “qanunda oğrular” kriminal qruplaşmalar arasında yaranan “razborka”ları həll etməli, ən azı bir dəfə məhkumluq həyatı yaşamalı, ailə həyatı qurmamalı, heç zaman işləməməli, əlinə odlu silah almamalı və rəsmi dövlət qurumları (ilk növbədə məhkəmə-istintaq orqanları) ilə heç bir əməkdaşlıq etməməli idi. Lakin 80-ci illərin sonlarından bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olması ilə SSRİ-də, ardından isə Rusiya və digər yeni yaranan respublikalarda “qanuni oğru”ların kodeksi ciddi dəyişikliyə uğradı. Yeni şəratdə kriminal ənənələrinin qoruyucusu və təvazökar həyat tərzi keçirən “qanuni oğru”ları bu titulu böyük pullarla alan, heç zaman məhkum olunmayan yeni nəsil əvəz etməyə başladı.  
Adətən, “qanuni oğru” adının verildiyi “sxodka”lar çox gənc yaşda olan cinayətkar aləm nümayəndələrinə də bu titulu vermyə başladılar.

Modern.az saytı dünyada ən gənc “qanuni oğru” sayılan 21 yaşlı Revaz Ubilava barəsində yazır

“Qanuni oğru”lar vahid təşkilatda birləşməkdikləri üçün onların dəqiq sayı barədə müxtəlif ehtimallar var. Lakin onların təxminən 530 nəfər olduğu güman edilir. “Qanuni oğru”ların 150-yə yaxını Rusiyada (onların 90-ı həbsdədir), 100 nəfərinin Gürcüstanda (demək olar hamısı həbsdədir), bir qisminin digər MDB ölkələrində (Azərbaycan, Ukrayna, Qazaxıstan, Ermənistan, Moldova, Qırğızıstanda) və Avropada yaşadıqları məlumdur. Müxətlif yaş qruplarında olan bu cinayətkar aləm nümayəndələri arasında ən gənci Revaz Ubilavadır.

Revaz Rastadiyeviç Ubilava 1993-cü il aprelin 10-də Gürcüstanın Çalencix rayonunun Cvari kəndində anadan olub. Yeniyetməlik illərində ailəsi ilə birlikdə Rusiyaya köçüb və Moskvadakı gürcü “qanuni oğru”ları ilə təmasa girib. O, cinayət aləmində Revaz Cvarski adı ilə tanınır və 2012-ci ilin martında ilk məhkumluğunu alıb. Onda Revaz Ubilavanın üzərindən narkotik vasitə olan həşiş aşkarlanıb və Smolensk vilayətindəki 1 nömrəli həbsxanada 8 ay yatıb. Həbsdən çıxdıqdan sonra Rusiyada gürcü mafiyasının ən güclü 2 qolundan biri olan “Tbilisskie” qruplaşmasının tərəfinə keçib.  

2014-cü ilin yayında Türkiyədə “sxodka” keçirən “Tbilisski”lər qruplaşması liderləri Merab Marqveladzenin təklifi ilə 3 nəfərə - İrakli Cabuaya, Mixo Calaqnoyaya və Revaz Ubilavaya “qanuni oğru” adının verilməsi haqda qərar qəbul edib. Bu, onların kriminal müharibələr zamanı özlərini etibarlı göstərmələri ilə bağlı idi.

2014-cü ilin yayında MDB məkanındakı gürcü mafiyasının iki əsas qolu – “Suxumskilər”, yaxud meqrellər və “Tbilisskilər”, yaxud gürcülər qruplaşmaları arasında mövcud olan ənənəvi düşmənçilik daha da kəskinləşib. 
21 yaşlı Ubilava çox keçmədən rəqabət halında olduqları “Suxumskilər” qruplaşması ilə üzləşməli olur. 2014-cü il oktyabrın 20-də Ubilava Moskavda yaşadığı məzildə 4 nəfərin hücumuna məruz qalır. Travmatik tapançadan açılan atəşlə qulağının bir hissəsini itirən Ubilava vəhşicəsinə döyülür.

Revaz Ubilava klassik “qanuni oğru”lardan fərqli olaraq aktiv şəkildə bizneslə məşğuldur və bundan başqa evlənib. 5 aydır “qanuni oğru” adını qazanan gürcü avtoritet Zaxari Kalaşovun (Şako Molodoy) İspaniyadan Rusiyaya geri dönməsindən sonra yaranan yeni situasiyada ona hücum təşkil edən “qanuni oğru” Merab Mzareluadan qisas almağı fikirləşir.








Vüqar İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul 16 Sentyabr 2021, 15:10 Baş nazirdən un və buğdanın qiymətilə bağlı yeni QƏRAR 16 Sentyabr 2021, 15:05 QHT-lərin fəaliyyətini tənzimləyən qanunlar dəyişəcək 16 Sentyabr 2021, 15:00 Rusiyada TƏXRİBAT: Qarabağda ölən ermənilərə abidə qoydular - Deputat etiraz etdi 16 Sentyabr 2021, 14:56 “ABŞ səfiri tutduğu vəzifəyə hörmətsizlik edir” – Komitə sədri 16 Sentyabr 2021, 14:55 Rüstəm Xəlilov şəhid ailələrini və qaziləri ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 14:52 Prezident Eldar Məmmədəliyevlə bağlı sərəncam İMZALADI 16 Sentyabr 2021, 14:48 Ermənistan prezidenti Fransaya getdi 16 Sentyabr 2021, 14:42 “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik ediləcək 16 Sentyabr 2021, 14:36 Səyyad Əlizadənin bacısı Prezidentə və birinci xanıma müraciət etdi - VİDEO 16 Sentyabr 2021, 14:31 Direktorun əmlakına həbs qoyuldu 16 Sentyabr 2021, 14:30 Qərbi Azərbaycanda xüsusi əməliyyat: 30 girov xilas olundu 16 Sentyabr 2021, 14:26 Ermənistanın dağıtdığı 45 məktəbdən 36-sı təmir olunub 16 Sentyabr 2021, 14:22 Qorillalar koronavirusa yoluxdu 16 Sentyabr 2021, 14:18 Universitet tələbələri üçün yeni sistem yaradıldı 16 Sentyabr 2021, 14:14 Prezident fərman İMZALADI 16 Sentyabr 2021, 14:08 Hökumət Tural Abbaslıya təzminat ödəyəcək 16 Sentyabr 2021, 14:02 “Orada insanlar oğurlanır, qətlə yetirilir” – Səfir 16 Sentyabr 2021, 13:56 Cavanşir Paşazadə: “İranla əlaqələrimizi pozmağa çalışırlar” 16 Sentyabr 2021, 13:50 ÜST-dən Azərbaycan əhalisinə MÜRACİƏT: “Peyvənd kifayət deyil” 16 Sentyabr 2021, 13:44 Tənəffüs vaxtı şagirdlərə bunu etməyə icazə verilməyəcək 16 Sentyabr 2021, 13:38 Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı 16 Sentyabr 2021, 13:34 Məzahir Əfəndiyev seçicilərlə görüşdü - FOTO 16 Sentyabr 2021, 13:30 İcra başçısı və deputat Şəhidlərin məzarlarını ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 13:26 Nazirlik rəsmisi: “COVID-19 xəbərlərinə fasilə verin” 16 Sentyabr 2021, 13:26 İran sürücüləri Azərbaycana rüsum ödəməmək üçün alternativ yol axtarır 16 Sentyabr 2021, 13:23 Rəsmi Bakı fransalı meri “qara siyahı”ya salır 16 Sentyabr 2021, 13:18 Prezidentin köməkçisi yenidən İran səfiri ilə görüşdü 16 Sentyabr 2021, 13:12 Valideynlər məktəbə buraxılmayacaq 16 Sentyabr 2021, 13:06 Bakıda yağış, rayonlara dolu yağacaq 16 Sentyabr 2021, 13:00 “Niderland parlamentində azərbaycanlıları da görə biləcəyik” - MÜSAHİBƏ 16 Sentyabr 2021, 12:54 Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldıldı 16 Sentyabr 2021, 12:48 Azərbaycanlı iqtisadçı: “Qarabağ ermənilərinə işıq, qaz, su verək, pensiya ayıraq!” - Mübahisəli TƏKLİF 16 Sentyabr 2021, 12:42 Sabiq icra başçısı ürəyindən əməliyyat olundu 16 Sentyabr 2021, 12:36 Çində vaksin vurduranların sayı 1 milyardı ötdü 16 Sentyabr 2021, 12:30
SORĞU Hansı vaksinə etibar edirsiniz?