Modern.az

Neft Akademiyasının işçisi evində ölmüş vəziyyətdə tapılıb

Neft Akademiyasının işçisi evində ölmüş vəziyyətdə tapılıb

2 Yanvar 2015, 14:07

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1955-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Mənzilə baxış keçirilərkən Ağamalıyeva Elmira Nağı qızı huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində E.Ağamalıyevanın vəfat etdiyi müəyyən olunub.
Onun meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Modern.az saytına məlum olub ki, Elmira Ağamaliyeva Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) işçisi olub.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub