Modern.az

Tanınmış tarzən vəfat edib

Tanınmış tarzən vəfat edib

3 Yanvar 2015, 13:20


Mədəniyyət və İncəsənət Universitetinin “İnstrumental ifaçılıq” kafedrasının müdiri, dosent, tarzən Gülağa Zeynalov dünyasını dəyişib. Tarzən Vamiq Məmmədəliyevin APA-ya verdiyi məlumata görə, Gülağa Zeynalov yanvarın 2-də axşam vəfat edib.

Mərhumla vida mərasimi bu gün keçiriləcək.

Qeyd edək ki, Gülağa Zeynalov 1956-cı il  aprelin 28-də Şuşa şəhərində anadan olub. Musiqi məktəbini bitirdikdən sonra 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.

Gənc yaşlarından Odessa, Berlin, İstanbul, Hollandiya, Qazaxıstan, Özbəkistan, Kiyev və başqa şəhərlərdə keçirilən festival və müsabiqələrdə iştirak edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI