Modern.az

Bakıda Türkmənistan və Özbəkistan vətəndaşları tutulub

Bakıda Türkmənistan və Özbəkistan vətəndaşları tutulub

Təhsil

3 Yanvar 2015, 17:13

Səbail rayon Polis İdarəsi 8-ci polisbölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il və bu il ərzində müxtəlif vaxtlarda Murad Həsənova məxsus “Mercedes” markalı avtomobil təkərlərini, Zəka Bədəlova məxsus mağazadan 300 manat və ərzaq məhsulları, Azər Məmmədova məxsus mağazadan 300 manat, danışıq kartları və tütün məmulatı, Vahid Allahyarova məxsus mağazadan 280 manat və ərzaq məhsulları, Saşa Bəşirova məxsus yardımçı təsərüfatdan 1 ədəd qaynaq aparatı, 1 ədəd laqonda, 1 ədəd drel və 60 metr elektrik kabeli, Ədalət İsmayılovun həyətindən 100 metr elektrik kabeli, Sadiq Allahverdiyevə məxsus ofisdən 2 ədəd noutbuk, Eldar Musayevin və Natiq Məmədovun evlərinin girişindən velosiped oğurlayan Türkmənistan vətəndaşı Rafiq Mirağayev tutulub.

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Özbəkistan Cinayət Məcəlləsinin 135-ci maddəsi (insan alveri) ilə axtarışda olan Özbəkistan vətəndaşı Muhayyo Nemətova tutulub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır