Modern.az

Darvin mükafatı: dünyanın ən axmaq ÖLÜMLƏRİ

Darvin mükafatı: dünyanın ən axmaq ÖLÜMLƏRİ

9 Fevral 2015, 18:06

Darvin mükafatı ABŞ-da virtual qaydada verilən illik mükafatdır. 1994-cü ildən verilən mükafat ən axmaq üsulla həyatdan köçən insanlara ayrılır. Qaliblərə qoyulan əsas meyar budur: “Bəşəriyyəti zərərli genofonddan qurtardığına görə”. Modern.az saytı sadəlövh hərəkətləri ilə öz ölümlərinə səbəb olan və buna görə Darvin mükafatına layiq görülən insanları təqdim edir.

2002

ABŞ-ın Şimali Karolina ştatında yaşayan 47 yaşlı Ken Çarlz Barger gecə radələrində telefon zənginə oyanıb. Lakin yuxulu olduğu üçün telefon yerinə stolun üstündəki 38 mm-lik tapançasını qulağına tutan Berger instinktiv olaraq tətiyə basıb və yerindəcə keçinib.

2003

Polşalı Kristof Azninski bu mükafatı öz başını kəsdiyi üçün alıb. Belə ki, o, 5 dostu ilə spirtli içkilər qəbul edən zaman “kişisayağı oyunlar” oynamaq qərarına gəliblər və bir-birinə içki şüşələri ilə zərbələr endiriblər. Bu zaman dostlardan biri elektrik mişarı ilə ayağının bir hissəsini kəsib. Dostunun hərəkətini geridə qoymaq istəyən Azninski isə əvəzində mişarı götürərək öz başını kəsib və qan itirmədən keçinib.

2004

Amerikanın Pittson şəhərinin sakini olan Veyn Rot isə vaxtında xəstəxanaya müraciət etmədiyi üçün həyatı ilə vidalaşıb. Dostu Rocer Krotaunun xüsusi qəfəsdə saxladığı zəhərli kobranı oynamaq üçün çıxaran Rotu  ilan sancır. O, dostu Rocer Krotaunun xəstəxanaya getmək təklifinə rədd cavabı verir və orqanizminin ilanın zəhərini zərərsizləşdirəcəyini deyir. Əvəzində bara gedərək kobra sancmasına baxmayaraq, heç nə hiss etməməsi ilə öyünür. Lakin o, kobra zəhərinin gec yayıldığını və mərkəzi sinir sistemini iflic etdiyini bilmirdi. Bir neçə saatdan sonra ağır vəziyytədə xəstəxanaya çatdırılan Rot orada dünyasını dəyişir.

2005

Kambocalı əkinçinin öz torpaq sahəsində tapdığı partlamamış piyada əleyhinə mina böyük faciəyə səbəb olur. 2 dostu ilə birlikdə kənddəki qəlyanaltıxanalardan birində əyləşən dostlar içki almaq növbəsinin kimdə olması ilə bağlı mübahisə edirlər. Sonda minanı tapan kambocalı mübahisəni aydınlaşdırmaq üçün təklif edir ki, stolun altına qoyduğu minaya onların hər biri növbə ilə ayağını bassın. Minanı partlatmadan ona ayaq basan şəxs içki almaqdan azad olurdu. Bundan bir neçə saniyə sonra qəlyanaltıxanada güclü partlayış baş verir və hər 3 kambocalı həlak olur.

2006

ABŞ-ın Miçiqan ştatından olan ovçu ehtiraslı ov həvəskarı hesab olunurdu. Bu işdə ona həmişə xüsusi təlim görmüş iti yardımçı olurdu. Bir gün itini həmişə ova getdiyi silahla birlikdə yaddaşlara həkk etmək üçün onların birgə fotosunu çəkməyə qərar verir. Lakin ehtiyatsız davranan it tüfəngi yerə salır və təsadüfən açılan atəş ovçunun həyatına son qoyur.

2007

Adı açıqlanmayan Avstraliya sakini fişəng atmağı o qədər sevirdi ki, Yeni il gecəsi yandırdığı fişəngi özünün anus dəliyinə daxil edib. Onun daxilində partlayan fişəng avstraliyanın mədə-bağısraq sistemini dağıdaraq ölümünə səbəb olub.

2008

ABŞ-ın Missuri ştatında yaşayan 19 yaşlı tələbə düşüncəsiz hərəkətlərinin qurbanı olduğu üçün ölümündən sonra Darvin mükaaftına layiq görülüb. Krostofer Mils tələbə yoldaşını otağından içki oğurlamaqda ittiham edib. Ondan qisas almaq üçün özünü yaralamaq qərarına gələn Mils günahı dostunun üstünə atmağı fikirləşir. O, bıçaqla döş nahiyəsinə xəsarət yetirir, lakin yarasını dostunu ağır cinayətdə ittiham etmək üçün kifayət qədər dərin hesab etmir. İkinci dəfə özünü bıçaqlayan Mils bıçağı düz ürəyinə sancır. Ölümcül vəziyyətdə polisə zəng edərək tələbə qonşusunun onu öldürmək istədiyini deyir və dünyasını dəyşiir. Lakin şahid ifadələri Kristofer Milsin öz-özünü öldürdüyünü müəyyən edir.

2009

Kiyev Texniki Universitetinin tələbəsi öz təcrübəsinin quranı olub. Saqqıza kimyəvi gücləndiririclər hesabına yeni tam qatmaq üçün elmi təcrübə aparır. Lakin əldə etdiyi saqqızı çeynədiyi zaman baş verən güclü partlayış başını qoparır. Ekspertlər saqqızın tərkibində partlayıcı xüsusiyyətlərə malik atseton və qliserin elementləri aşkar edirlər.

2010

Kanadada yaşayan 33 yaşlı Rodjer Ramirez də ölümündən sonra Darvin mükafatına layiq görülüb. Dostu ilə mərc gələrək “rus ruleti” oynayan Ramirez bunun üçün “Beretta 92” marklaı tapançadan istifadə edir. “Rus ruleti” 6 güllə tutumu olan tapançaya 1 güllə yerləşdirməkdən və 2 tərəfin növbə ilə tapançanın tətiyini çəkməsindən ibarət təhlükəli oyun idi. Tətiyi ilk çəkən Ramirez başından güllə yarası alaraq həlak olur. Sonradan onun tapançaya 1 deyil, 6 güllə qoyduğu aydınlşaır.

2011

43 yaşlı Kiyev sakini Dnepr çayında balıq tutarkən səhlənkarlığının qurbanı olub. Balıq tutmaq üçün qeyri-ənənəvi yol seçən balıqçı elektrik naqillərinin bir ucunu cərəyan açarına birləşdirir, digər ucunu isə çaya buraxır. Nəticədə balıqların çoxu elektroşokdan tələf olur. Onları sudan çıxarmaq üçün çaya düşən ukraynalı naqilləri elektrik cərəyan açarından ayırmağı unutduğu üçün özü də ideyasının qurbanı olur.    

2012

Şimali Karolina sakini Harri Allen dostunun evində içində müəmmalı maye olan bankanın qapağını açaraq onu içir. Mayenin benzin olduğunu anlayan Allen əsəblərini sakitləşdirmək üçün siqaret çəkmək qərarına gəlir. Lakin yandıranı siqaretə yaxınlaşdıran anda onu alov bürüyür. Harri Allen növbəti gün xəstəxanada keçinir.

2013

26 yaşlı britaniyalı jurnalist Li Helpin kimsəsiz insanların sürdüyü həyatı daha yaxşı anlamaq üçün onlarla birgə yaşamaq qərarına gəlir. Ailə və dostlarının xahişinə məhəl qoymayan jurnalist dilənçilik etməklə və zibil yeşiklərindən tapdığı tullantılarla qidalanır və küçlərdə gecələyir. Təcrübəyə başladıqdan 3 gün sonra Li Helpinin cəsədi küçədə tapılır. Sonradan onun donaraq öldüyü müəyyən olunur. Onun işini gözdən keçirən komissiya 2013-cü ilin Darvin mükafatını jurnalistə vermək qərarına gəlir.                

Vüqar İsmayılov    

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir