Modern.az

“Əl-Qaidə”nin üzvləri mesaj üçün qeyri-adi üsula əl atırlar

“Əl-Qaidə”nin üzvləri mesaj üçün qeyri-adi üsula əl atırlar

2 Mart 2015, 15:30


“Əl-Qaidə” terror təşkilatının üzvləri mesajlarını kodlar vasitəsilə tamamilə yeni və qeyri-adi üsullarla tətbiq edir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, onlar bir-birlərinə porno saytlarda, həmçinin eBay və Reddit kimi resurslarda açıq mesajlar yazır.

Kodlaşdırılmış mesajların köməkliyi ilə yanız bir-birləri ilə ünsiyyət deyil, həm də hərəkətlərin koordinasiyası və yeni hücumların planlaşdırılması həyata keçirilir. Terrorçuların fəaliyyətlərini müəyyən etmək üçün İsrail, Böyük Britaniyanın və ABŞ-ın şifrə açma qrupu fəaliyyət göstərir.

Axtarışlar nəticəsində terrorçuların kodalaşdırma texnologiyasından eBay-ın satış məhsullarında istifadə etdiyi ortaya çıxarılıb. Həmçinin onlar kodlaşdırılmış məlumatları porno saytlarda fotolar daxilində yerləşdirərək istifadə ediblər.

Şahin Qocayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi