Arxiv
5 Aprel 2015, 22:01 | AKTUAL
Gültəkin Hacıbəyli Elman Rüstəmovu istefaya göndərə biləcəkmi?!

Namidə  BİNGÖL

 

İnsanın içində inamın olması gözəl hissdir. Vay o gündən ki, həyata, yaşamağa və ətrafımızdakılara olan inamımızı itirək. Ən böyük fəlakət o zaman başlayır.


Həftənin siyasi hesabatını təqdim edirəm.

Milli Şura yola saldığımız həftənin bazar gününə təyin etdiyi mitinqə start verdi. Amma, gecədən başlayan külək əməlli var-gəl edirdi. Küləyin vıyıldamasına baxmayaraq,  demokratik düşüncəyə sahib olan Milli Şura üzvləri “Məhsul” stadionunda keçən dəfəki mitinqin davamı olaraq bahalaşma əleyhinə meydana axışdılar.

AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli,  Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli  stadionda  sıralanıb çıxış etdilər.  

Xanım Hacıbəyli Milli Bankın sədri Elman Rüstəmovun “Azərbaycan manatı deyil, nefti devalvasiyaya uğrayıb” fikrinə qarşı çıxaraq  devalvasiyaya uğrayan Azərbaycan iqtisadiyyatı olduğunu deyib.

Təbii, xanım Hacıbəylinin fikirlərinə hörmətlə yanaşıram və  qısa xatırlatma etmək istəyirəm ki, növbəti 5 ildə də Elman Rüstəmov Milli Bankın sədri postunda qərarlaşacaq.

Gültəkin xanım, sizin çıxışınızdan sonra Elman Rüstəmovun istefa verməsi heç də  inandırıcı deyil.  Bəlkə, ürəyinizdən Milli Bankın sədri olmaq keçir?!. Niyə də olmasın.

Keçmiş deputat olaraq hər hansı vəzifə  postunda qərarlaşmaq istəyiniz normaldır.

Yeri gəlmişkən, aprelin 5-nə təyin olunan mitinqdə nə Müsavat, nə  də KXCP  rəsmilərini görə bildik.  O səbəbdən ki, adıçəkilən partiyalar Milli Şuranın mitinqinə  qatılmayacaqlarını öncədən bəyan etmişdilər. Digər tərəfdən isə  açıq etiraf etməliyik ki, bu partiyaların bir  araya gələ bilməməsi onu göstərir ki, bunların bir-birinə olan inamı çoxdan tükənib. İnkar etsələr belə, görünən dağa bələdçi lazım deyil.

Arif Hacılı nə demək istəyir ki?!

Müsavat başqanı Arif Hacılı da sanki görünən dağa bələdçi axtarır.  Yox, yox yola saldığımız həftə ərzində onun səsi  mitinqdən, filandan gəlmədi. Sadəcə, mətbuata verdiyi müsahibədə deyir ki, hakimiyyət müxalifət partiyalarının, xüsusilə də,  Müsavat Partiyasının fəaliyyətinə hər vasitə ilə problemlər yaratmağa çalışır. Müsavat başqanının söylədiyi fikirlərə də hörmətlə yanaşıram. Amma, burda bir əmma var.  

Arif Hacılının suçladığı hakimiyyətin müxalifətlə dialoqunda iqtidira müxalif olan kifayət qədər partiya iştirak edirdi. Maraqlıdır ki,  Müsavat və AXCP çiyinlərini bir tərəfə çəkib iqtidar-müxalifət dialoquna qatılmasalar da, öz aralarında da ortaq məxrəcə gələ bilmirlər.  Deməli, ortada böyük inamsızlıq hökm sürür.

Deputatların Milli Məclisdəki çıxışı

Yola saldığımız həftə Milli Məclis üzvləri üçün də məhsuldar keçdi. Novruz bayramından sonra deputatlar bir araya gəldi. Məsələn, deputat Elmira Axundovanın çıxışı maraqlı oldu. Xanım deputat deyir ki, “Bakcell” mobil telefonlara gələn mesajlara son qoysun. Əks halda, “Bakcell”i məhkəməyə verəcəm”. Göründüyü kimi, xanım deputat fikirlərində israrlıdır. Bundan sonrasını “Bakcell” düşünsün.

 

Bəziləri üçün təzə xəbər olmasa da deputat Zahid Oruc televiziyalarda şou verilişlərinin çox olmasını söylədi. Beləliklə, Milli Məclisin növbəti plenar iclası da geridə qaldı.

Yazıçı hara, futbol hara!

   

Bir sözlə, dedektiv əsərlərin müəllifi olan yazıçı hara, futbol hara. Yəni, azarkeşlərin inamını doğrultmaqda acizlik nümayiş etdirən futbolumuza Çingiz Abdullayev yeni nəfəs verə biləcəkmi?!  Maraqlıdır ki, barmaqlarının ucunda qələm tutmağı mahircəsinə  bacaran  yazıçı Çingiz Abdullayev, toz-torpağa bulaşan topun  qələbə hədəfini müəyyənləşdirə biləcəkmi?!

   

Mətbuata verdiyi açıqlamalardan belə demək olar ki, Çingiz Abdullayevin içində Azərbaycan futbolunu diriltmək eşqi var. Sadəcə, dünya şöhrətli yazıçının  Azərbaycan futbolunu dünya çapında tanıtmasına inanmaqdan başqa çarəmiz yoxdur.

 

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin iqamətgahını auksionda satdılar 14 Dekabr 2019, 00:54 Bu il 75 KİV əməkdaşı öldürülüb 14 Dekabr 2019, 00:39 Trampın impiçmentinin 2 maddəsi təsdiqləndi 14 Dekabr 2019, 00:20 Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin mükafatlandırılmasında - FOTO 14 Dekabr 2019, 00:03 Reyhan Camalovadan daha bir uğur 13 Dekabr 2019, 23:44 Bakıda Finlandiyanın milli bayramı qeyd olundu 13 Dekabr 2019, 23:24 Azərbaycan nefti bahalaşdı 13 Dekabr 2019, 23:08 İsa Qəmbərin oğlu deputatlığa namizədliyi irəli sürdü - FOTO 13 Dekabr 2019, 22:53 TBMM-dən ABŞ Senatının “erməni soyqırımı” qərarına etiraz 13 Dekabr 2019, 22:36 İlyas İsmayılov bağışlamadı: “Mənə desəydi, oğluma xəbərdarlıq edərdim” 13 Dekabr 2019, 22:17 Rusiyada İŞİD üzvləri yaxalandı 13 Dekabr 2019, 22:01 Dilarə Seyidzadə region gəncləri ilə görüşdü - FOTO 13 Dekabr 2019, 21:47 Baş nazir ölkəsini Breksitə hazır olmağa çağırıb 13 Dekabr 2019, 21:33 Prezident İlham Əliyev Boris Consonu təbrik edib 13 Dekabr 2019, 21:18 Türkiyə millisi Azərbaycanla oynayacaq 13 Dekabr 2019, 21:02 170 mindən çox ev işıqsız qaldı - SƏBƏB 13 Dekabr 2019, 20:46 Milliyə yeni baş məşqçi gətirilir - İDDİA 13 Dekabr 2019, 20:32  Gürcüstanın Azərbaycana 6,874 milyon dollar borcu var 13 Dekabr 2019, 20:18 Azərbaycanlı gənc xanım Harvardda təhsil alacaq - FOTO 13 Dekabr 2019, 20:03 Dörd ev və bir çayxanadan oğurluq edən şəxs tutulub 13 Dekabr 2019, 20:01 Ağstafada itkin düşən qızın Gəncəyə qaçırıldığı məlum olub 13 Dekabr 2019, 19:52 Rüstəm Orucov Çində bürünc medal qazandı 13 Dekabr 2019, 19:43 Güləşçimiz erməni rəqibini məğlub edib medal qazandı 13 Dekabr 2019, 19:34 Azərbaycan və Kolumbiya XİN başçıları arasında məktub mübadiləsi olub 13 Dekabr 2019, 19:25 Sədr müavini diplomatlara mühazirə deyib - FOTOLAR 13 Dekabr 2019, 19:16 Rektor qanvermə aksiyasında iştirak etdi - FOTO 13 Dekabr 2019, 19:11 “Ermənistanın Xarici İşlər naziri görüşlərə sanki çay içməyə gəlir” - XİN-dən AÇIQLAMA 13 Dekabr 2019, 19:02 Məhərrəm Quliyev problemlərin araşdırılması ilə bağlı tapşırıqlar verdi - FOTO 13 Dekabr 2019, 18:56 İcra başçısı yeni binanın tikintisi ilə tanış olub - FOTO 13 Dekabr 2019, 18:47 Nazirlik məktəbdə baş verən yanğınla bağlı məlumat yaydı - FOTO   13 Dekabr 2019, 18:40 Rəsmi İrəvanın açıqlamasına Qarabağ İcmasından cavab: Diplomatiyamızın uğurlarını etiraf edirlər 13 Dekabr 2019, 18:36 Nazir müavini məcburi köçkün məktəblərinin direktorlarını topladı - FOTO 13 Dekabr 2019, 18:31 Nazirlik ilə BP Anlaşma Memorandumu imzalayıb 13 Dekabr 2019, 18:24 Əbülfəs Qarayev Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb 13 Dekabr 2019, 18:17 Azərbaycan Xarici İşlər Nazirliyi: “ABŞ Senatının qətnaməsi qərəzli sənəddir” 13 Dekabr 2019, 18:12