Modern.az

Dünyanın 30 ən böyük saytı

Dünyanın 30 ən böyük saytı

Dünya

14 Oktyabr 2009, 12:22

Son iki il ərzində internet-trafik 30 sayt ətrafında cəmləşir, Google isə internet-trafikinin ən iri generatorudur. Belə ki, dünya üzrə trafik həcminin 6 faizi məhz bu axtarış servisinin payına düşür.
Bu göstəricilər Arbor Networks şirkəti tərəfindən aparılan Internet Observatory Report adlı araşdırmanın nəticələrində qeyd olunur. İki il davam edən araşdırma dünyanın 17 ölkəsindən 110 böyük şirkəti əhatə edib. Araşdırmada Miçiqan Universiteti (ABŞ) də iştirak edib. Ümumi 256 ekzabayt (bir ekzabayt bir milyard qiqabayta bərabərdir) həcmli məlumat təhlil olunub. Hesabatda deyilir ki, son iki il ərzində internetdə olduqca “nəhəng” resurslar əmələ gəlib. Dünya üzrə internet-trafikin üçdə bir hissəsi 30 ən iri saytın payına düşür. Bunların içərisində Facebook, Microsoft və YouTube resursları da var.
100 iri şəbəkə trafikin 60 faizindən çox hissəsini cəlb edir. 2007-ci ildə internet-trafik daha bərabər bölünmüşdü – onun yarısı 15 min iri saytın payına düşürdü.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi