Modern.az

Davudoğlunun Kılıçdaroğlu ilə apardığı müzakirənin detalları - TƏFƏRRÜAT

Davudoğlunun Kılıçdaroğlu ilə apardığı müzakirənin detalları - TƏFƏRRÜAT

Dünya

12 Avqust 2015, 11:13

Türkiyənin hakim Ədalət və İnkişaf  Partiyasının (AKP) sədri, baş nazir Əhməd Davudoğlu ilə ana müxalifət Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu arasında koalisiya hökumətinin qurulmasına dair keçirdikləri görüşün bəzi detalları məlum olub.

Modern.az saytının məlumatına görə görüşdə müzakirə olunan məsələlərlə bağlı “Habertürk” yazıb ki, Əhməd Davudoğlu və Kamal Kılıçdaroğlu təkcə koalisiya hökumətindən danışmayıblar.

İddiaya görə, yeni iqtidarın formalaşdırılması üçün bütün variantlar nəzərdən keçirilib.

İlkin oloaraq yaradılacaq koalisiyanın Türkiyəni 2019-cu ilə qədər aparıb çıxaracağını özündə ehtiva edən hökumət modeli üzərində dayanılıb. Lakin bu mövzuda  istər AKP, istərsə də CHP daxilində ciddi fikir ayrılaqları mövcuddur. Buna görə də AKP-CHP iqtidarı qurulacağı təqdirdə bunun uzunömürlü olmayacağı qənaətinə gəlinir.

AKP-CHP danışıqlarında mərhələli islahatların həyata keçirilməsinin vacibliyinin də prioritet olduğu qeyd edilir. Yayılan məlumatda bildirilir ki, Davudoğlunun Kılıçdaroğlu ilə danışıqlarında bu model ətrafında aparılan fikir mübadiləsi çox yorucu olub.

Üçüncü isə CHP-nin dəstəyi ilə etniklərin də hökumətdə təmsil olunmasını nəzərdə tutan formatdır. Lakin bu variantın tətbiqi qeyri-mümkün görünür.

Dördüncü müzakirə mövzusu isə PKK-nın siyasi qanadı olan Xalqların Demokratik Partiyası (HDP) ilə əlaqədardır. HDP-nin hakimiyyətdə nazirliklərdən birinə rəhbərlik etməsi isə Milliyyətçi Hərəkat Partiyası (MHP) tərəfindən dəstəklənmir. Bu isə HDP ilə bağlı nəzərdə tutulan formulun reallaşması ehtimalını azaldır.

Üstəgəl, AKP ilə CHP-nin danışıqlarının nəticəsiz qalacağı proqnozları fonunda prezident Rəcəb Tayyib Ərdoğanın konstitusion səlahiyyətlərini hansı şəkildə istifadə edəcəyi də HDP amilini sual altına qoyur.

Qeyd edək ki, Türkiyədə iyun ayının 7-də keçirilən parlament seçkisində heç bir partiya təkbaşına iqtidar qurmaq üçün mütləq üstünlük əldə etməyib. Buna görə də hazırda koalisiya hakimiyyətinın formalaşması üçün danışıqlar aparılır.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi