Arxiv
4 Sentyabr 2015, 12:23 | MÜSAHİBƏ
“Nə iqtidar, nə də müxalifətçi namizədlərin səsi gəlir” - MÜSAHİBƏ

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov ölkədəki siyasi proseslərlə bağlı Modern.az-ın sullarını cavablandırıb.

- Ayaz müəllim, çoxdandır səssiniz gəlmir. Deyəsən, yay boyu ancaq istirahət etmisiniz?

- Bu yay ancaq bağda dincəldim. Əlimdə bel bağbanlıqla məşğul olmuşam. Eyni zamanda, nəticəm Ayazla da səmərəli vaxt keçirməyə çalışdım.

- İstirahət öz yerində. Yəqin ki, ölkənin siyasi həyatı ilə də maraqlanırsınız. Bildiyiniz kimi, ölkədə keçiriləcək parlament seçkilərinə çox az vaxt qalıb. Seçkiqabağı siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

- Əslində bu barədə danışmaq fikrim yoxdur. Bir halda ki, sizi ümumi siyasi vəziyyət maraqlandırır, bir-iki kəlmə danışa bilərəm. Parlament seçkilərinə qısa zaman qalsa da,  canfəşanlıq göstərən yoxdur. Hələ ki nə iqtidar, nə də müxalifət tərəfindən seçkilərə qatılmaq niyyətləri olan namizədlərin səsi gəlir. Deyərdim ki, sakitlikdir.

- Sizcə, seçkiqabağı durğunluq nə ilə bağlıdır?

- Bunu ümumi vəziyyətlə əlaqələndirərdim. Siyasətdə görüləsi çox işlərimiz var. Həmçinin, dünyada gedən siyasi proseslər var ki, diqqət mərkəzindədir. Ona görə də hadisələri qabaqlamaq lazımdır.

- Son günlər cəbhə xəttində atəşkəsin mütəmadi olaraq pozulması cəmiyyətdə narahatlıq yaradır. Sizcə, Ermənistan tərəfi atəşkəsi pozmaqla Azərbaycana “müharibə anonsu” verə bilərmi?

- Unutmamalıyıq ki, cəbhədə baş verənlər kənar qüvvələrin marağına xidmət edir. Bəzən özümə sual verirəm ki “atəşkəsin pozulması kimə lazımdır?”.

Cavabım o olur ki, iqtisadiyyatı dağılmış Ermənistana lazım deyil. Ermənistanın müharibə etməyə gücü yoxdur. Həmçinin, Ermənistanın radikal tədbirlərə əl atmağa da gücü yoxdur. Ermənistana arxa duran kənar qüvvələr var ki, məsələnin həll olunmasına mane olur. Atəşkəsi pozmaqla Ermənistan tərəfi heç nə deyə bilməz.

Çünki Ermənistanın heç vaxt açıq şəkildə danışa bilməməsi hamıya bəllidir. İşğalçı Ermənistan böyük dövlətlərin təsiri altındadır. Ermənistanın daxilində yaranmış vəziyyətə nəzər salsaq görərik ki, Azərbaycana qarşı radikal çıxışlar etməyin mənası yoxdur.

Azərbaycan tərəfinə gəldikdə isə münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır.

- Azərbaycan və Ermənistan prezidentlərinin BMT Baş Məclisinin sessiyası çərçivəsində görüşəcəyi ehtimal olunur. Bu görüşün ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan ABŞ-ın təşəbbüsü ilə baş tutacağı proqnozlaşdırılır.  Siyasi rəhbərlik bir araya gələcəksə, bu, Dağlıq Qarabağ məsələsinin həllinə necə təsir edə bilər ?

- Bu cür görüşlərin mütəmadi olaraq təşkil olunmasının çox böyük əhəmiyyəti var. Azərbaycan heç bir zaman qarşılıqlı görüşlərdən imtina etməyib. Həmişə iştirak edib. Narahatedici məqam odur ki, görüşlərin nəticəsi yoxdur.

Nə qədər ki Azərbaycan təzyiqə məruz qalacaq, bu görüşlərin də nəticəsi olmayacaq. Hər görüşdə Azərbaycandan kompromisə getməyi tələb edirlər. 20%-dən artıq torpağı işğal altında olan dövlətdən hansı kompromisi gözləmək olar?! Əgər yeni bir təklif varsa və bu təklifi Nyu-Yorkun özündə müzakirə etməyə hazırdırlarsa, o zaman bu görüş olsun. Amma gəlin söhbət edək, arxada isə başqa cür davranışlar sərgilənsin, düşünürəm ki, bu, vaxtı öldürməkdir.

 Namidə BİNGÖL 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13