Modern.az

Lukaşenko üçüncü dünya müharibəsi haqda xəbərdarlıq etdi

Lukaşenko üçüncü dünya müharibəsi haqda xəbərdarlıq etdi

Dünya

28 Sentyabr 2015, 11:18


Belarus prezidenti Aleksandr Lukaşenkonun fikrincə, əgər Ukraynanın şərqindəki – Donbasdakı qan tökülməsinin qarşısı alınmasa, bu üçüncü dünya müharibəsi ilə nəticələnə bilər.

Modern.az xarici mediaya istinadən bildirir ki, Lukaşenko bu xəbərdarlığı BMT Baş Assambleyasının sammitindəki çıxışında deyib.

“Ukrayna böhranı... Əgər Avropada qan tökülməsini dayandıra bilməsək, qardaş qırğının qarşısını ala bilməsək, bütün sivilizasiyalı dünya üçün  çox qaynar olacaq. Məni bağışlayın, qlobal münaqişəyə doğru daha bir addım atırıq, ola bilsin ki, yeni dünya müharibəsi baş versin” , - Lukaşenko deyib.

Lukaşenko hesab edir ki, dünya BMT-nin Baş Assambleyasının 70-ci sessiyasına son 30 ildə heç vaxt indiki kimi olmayan parçalanmış şəkildə toplaşıb:

“Planeti çoxsaylı hərbi münaqişələr, terror aktları silkələyir. Faciəlidir ki, qlobal təhlükənin artması adekvat cavabını almır”.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!