Modern.az

Milli Qəhrəmanın ailəsi ziyarət olunub

Milli Qəhrəmanın ailəsi ziyarət olunub

16 Noyabr 2010, 22:07

Millət vəkili Qənirə Paşayeva və Ombudsman Elmira Süleymanova Qurban Bayramı münasibəti ilə Biləsuvara gedərək Milli Qəhrəman Mübariz İbra­himovun ailəsini ziyarət ediblər. Qəhrəmanın ailəsini müqəddəs bayram münasibəti ilə təbrik edən millət vəkili və Ombudsman belə bir günün İbrahimovlar ailəsində qeyd etməyin fəzilətini, qü­dsiy­yətini vurğulayıb, bütün şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Milli Qəhrəmanın və igid zabitimiz Fərid Əhmədovun nəşinin ölkə Prezidentinin ciddi səyləri nəticəsində düşməndən geri alınaraq II Fəxri Xiyabanda rəsmi törənlə, geniş xalq kütlələrinin iştirakı ilə dəfn olunması faktını şükranlıqla qeyd edən İbrahimovlar ailəsi dövlət başçısına, xalq öz minnətdarlığını yetiriblər.

Mübariz şəhid olandan bəri bir gün də olsun evlərindən ziyarətçilərin əskik olma­dığını deyən qəhrəman atası Ağakərim İbrahimov bunu xalqımızın, dövlətimizin öz mə­nəvi dəyərlərinə, milli-mədəni ənənələrinə sadiqliyi ilə əlaqələndirib. O, Qurban bay­ramının dövlət səviyyəsində geniş surətdə qeyd olunmasını, bu əziz gündə şəhid ailələrinin yad edilməsini də bunun bariz örnəyi adlandırıb.

Millət vəkili və Ombudsman şəhid gizir, Milli Qəhrəman Mübariz İbrahimovun qəh­rəmanlığının yeni nəsil üçün bir örnək olduğunu, onun kimi övladı olan xalqa mənsub olmaqdan qürur duyduqlarını ifadə edərək, bu əziz gündə şəhidlərimizə bir daha rəhmət diləyib, növbəti bayramları Şuşada, Xankəndində işğaldan azad olunacaq digər tor­paq­larımızda qeyd etməyi uca yaradandan təmənna edib, bu diləyin mütləq çin olacağına inamlarını bildiriblər.

 

 

  Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir