Modern.az

Putin Fəxri və Şəhidlər Xiyabanlarında - VİDEO

Putin Fəxri və Şəhidlər Xiyabanlarında - VİDEO

Ölkə

19 Avqust 2024, 12:46

Avqustun 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

 

Modern.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

 

Putin, həmçinin Şəhidlər xiyabanını ziyarət edib. Rusiya Prezidenti şəhidlərin xatirəsini anaraq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İrandan şok xəbərdarlıq - Hazır olun, vuracağıq!