I yazı
Heç kim müharibə arzulamır. Çünki müharibənin özü ilə bərabər gətirdiyi fəsadlar cəmiyyətin bel sütununun məhv edir. İnsanlar uzun illər mənəvi-psixoloji gərginlik içində yaşayır, səfalət, xəstəliklər tuğyan edir, ölkələr, şəhərlər, kəndlər yerlə-yeksan olunur. Müharibədə tərəflər – müttəfiqlər də daxil olmaqla bu həyatı yaşamağa məcbur olurlar. II Dünya müharibəsindən sonra Almaniya və SSRİ-nin yaşadığı kimi…
Son vaxtlar dünyada, xüsusən də İslam coğrafiyasında yaşananlar heç də yaxşı perspektivdən xəbər vermir. Sanki bu coğrafiyada Qərblə Şərq, Xristianla İslam dünyası arasında elan olunmamış soyuq müharibə gedir. Bu müharibənin reallaşmasının qarşısını almaq mümkünsüzdür. Amma qabağına gedib baş verə biləcək təhlükənin təsirini azaltmaq olar. Bunun üçün ilk növbədə müsəlman dövlətləri birləşərək vahid mövqeydən çıxış etməlidirlər. Burada söhbət ərazilərin və torpaqların birləşdirilməsindən, sərhədlərin götürülməsindən getmir. Söhbət yalnız mənəvi-psixoloji birlikdən gedir. Biz insanları müharibəyə, döyüşə, savaşa deyil, özünü müdafiəyə çağırırıq. Əks təqdirdə donuz əti yeyib piylənmiş xristian dünyası müsəlman dövlətlərini tək-tək dənləyəcək. Biz isə Qərbdən kömək umuruq. Qərb müsəlmanları yer üzündən silməyə hazır olduğu bir zamanda biz onun qucağına atılırıq.
Xristian dünyası, xüsusilə katoliklər bu plan üzərində illərdir işləyir. Amerika başda olmaqla hər bir Avropa dövləti - Böyük Britaniya, İtaliya, Fransa, Almaniya və digərlərinin bu məsələdə öz missiyası var.
Belə ki, dünya katoliklərinin Vətəni hesab olunan Romada İslama qarşı xüsusi bir antipatiya mövcuddur. Roma proseslərə daha çox dini-ictimai nöqteyi nəzərdən yanaşır. Müsəlman dövlətlərində fəaliyyət göstərən missioner təşkilatları daha çox Romanın tövsiyyə etdiyi mübarizə metodlarından istifadə edir. Təsadüfi deyil ki, Amerika və Avropa dövlətlərində qeydiyyatdan keçən missioner təşkilatlar Romanın nəzarəti altında və müxtəlif adlar – mərkəzlər şəkilində fəaliyyət göstərirlər. Onlar çox zaman fəaliyyət göstərdikləri eyni ölkələrdə əlaqəli və bəzən də əlaqəsiz, hətta rəqib kimi çalışırlar. Bu daha çox ayıq müsəlmanlarının diqqətini çəkməməkdən ötrü edilir.
Müsəlman ölkələrində, xüsusən də iqtisadi cəhətdən zəif inkişaf etmiş dövlətlərdə missionerlərin fəaliyyəti daha tez effekt verir. Fəaliyyətləri boyu ideya bütünlükdə Papanın Aparatında xüsusi ixtisaslaşmış ideoloji kadrlardan gəlir. Maliyyə vəsaitini isə hər bir missioner təşkilatın təmsil olunduğu dövlətlər ödəməli olur. Bu məsələdə ABŞ-ın xüsusi təyinatlı icmalarının çəkisi böyükdür.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 2009-cu ildəki fəaliyyətinə dair açıqlanan İllik Hesabata diqqət yetirək. Bu hesabat Əfqanıstan, İraq, İsrail, zəbt olunmuş Fələstin torpaqları, Somali, Sudan, Kolumbiya və Filippin adaları kimi ərazilərdə yaşayan insanların on illər boyunca üzləşdikləri əziyyətlərin yalnız qısa anlarını əks etdirir. BQXK-nin 10, 20 və hətta 30 il bundan əvvəlki hesabatlarına baxarkən, eyni kontekstlərin artıq münaqişəyə çevrildiyini və ya müharibə ərəfəsində olduğunu görmək mümkündür.
BQXK ötən il ərzində 1,06 milyard İsveçrə frankı sərf edib ki, bu da 2008-ci ildə rekord həddə çatan 1.1 milyard frank məbləğində olan xərclərdən cəmi bir qədər azdır. İraq, Sudan, Pakistan və Əfqanıstan keçən il təşkilatın ən iri əməliyyatları sırasında olub. BQXK-nın ümumi xərclərinin üç hissəsi bu ölkələrdəki fəaliyyətə sərf olunub!.
Missionerlər bununla kifayətlənmirlər. Onlar yerlərdə müxtəlif vasitələrlə zəif əqidəli müsəlmanlardan səmərəli istifadə edirlər. Bu effekt vermədikdə həmin ölkədə dövlətlərini təmsil edən səfirlik, konsulluq, kilsə və ən nəhayət jurnalistlərdən istifadə edirlər. Proqrama uyğun olaraq missionerlər və xüsusi icmalar 3, 5, 7, 10 və 13 ilə müxtəlif tapşırıqların yerinə yetirilməsinə çalışırlar. Onlara təmsil etdikləri dövlət rəsmiləri dolayı yolla dəstək verirlər. Bu köməyin necə olunduğunu təsəvvür etmək çox çətin deyil. Məsələn, elə götürək İtaliyanın hansısa sahəyə məsul olan əməkdaşının Azərbaycana səfərini. O Bakıya gəlir, təmtəraqla qarşılanır, oteldə yerləşdirilir, rəsmi görüşlərinə başlayır və s. Bu görüşlərdə ölkəsinin Azərbaycanda fəaliyyət göstərən QHT-si haqqında ağız dolusu danışır. Həmin QHT-nin nailiyyətləri, vətəndaş cəmiyyətinin qurulmasında olmayan fəaliyyəti ictimaiyyətin gözünə soxulur. Nəticədə, millətdə həmin QHT haqqında yüksək fikir formalaşır.
Missionerlərin müsəlman dövlətlərinə hucum taktikasından biri də beynəlxalq təşkilatların mandatından istifadə etmələridir. İtaliyanı, Fransanı və yaxud da elə Almaniyanı Avropa Şurasında təmsil edən əcnəbi deputat dini durum üzrə Azərbaycana məruzəçi təyin olunur. Burada rəsmi görüşlər keçirir, regionlara gedir, ölkədəki dini tolernatlığdan bəh-bəhlə danışır. Və xüsusi əda ilə bəyan edir ki, bir ildən sonra hazırlanacaq hesabatda Azərbaycandakı dini tolerantlıq digər dövlətlərə nümunə kimi göstəriləcək. Və yaxud da əksinə. ABŞ Dövlət Departamentinin bəyanatında Azərbaycandakı dini mühit kəskin şəkildə pislənilir. Belə olan halda millət qalır odla suyun arasında…
İllər sonra başımıza gələnlərin fərqinə belə varmırıq. Və beləcə Avropa İslamlaşdıqca, bizdə xristinaların sayı çoxalmağa başlayır.
Növbəti yazımızda problemin siyasi və hərbi güc vasitəsi ilə həlli məsələsinə diqqət yetirəcəyik.