Modern.az

Bakı-Tbilisi qatarı ilə ildə 100 min sərnişin daşınacaq

Bakı-Tbilisi qatarı ilə ildə 100 min sərnişin daşınacaq

İqtisadiyyat

Bu gün, 15:41

Bakı–Tbilisi–Bakı marşrutu üzrə illik təxminən 100 min sərnişinin daşınması planlaşdırılır.

Modern.az xəbər verir ki, bu barədə "APA-Economics"ə müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin daşımalarının bərpası iki ölkə arasında həm nəqliyyat, həm turizm, həm də regionlararası əlaqələrin inkişafı baxımından mühüm hadisədir: Bakı–Tbilisi–Bakı marşrutu üzrə illik təxminən 100 min sərnişinin daşınması planlaşdırılır.

Azər Fərəcov həmçinin qatarın sürəti və səfər müddəti ilə bağlı məqamları da qeyd edib: Gürcüstanda qatarın orta sürəti təxminən 50 km/saat olacaq. Qardabani–Tbilisi hissəsində sürətin nisbətən aşağı olması məhz həmin ərazidə infrastrukturun vəziyyətinin qənaətbəxş olmaması ilə əlaqədardır. Qatarlar Bakıdan Böyük Kəsik stansiyasına qədər olan 498 kilometrlik məsafəni 6 saat 10 dəqiqəyə qət edəcək, Azərbaycan ərazisində dəmir yolu infrastrukturu yeniləndiyi üçün orta hesabla 100 km/saat sürətlə hərəkət edə biləcək.”- deyə Azər Fərəcov vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı