Modern.az

Qobustan türməsinin rəisi işdən çıxarılıb

Qobustan türməsinin rəisi işdən çıxarılıb

Təhsil

7 Mart 2011, 18:24

Qobustan həbsxanasının rəisi xidməti tədqiqatla əlaqədar olaraq tutduğu vəzifədən kənarlaşdırılıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, xidmət rəisi Mədət Quliyevin əmri ilə həbsxananın rəisi Kazım Abdullayev təhqiqatın davam etdiyi müddət ərzində vəzifəsindən kənarlaşdırılıb.

Vəzifənin icrası müvəqqəti olaraq 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi Şahin Osmanova həvalə olunub.

Xidmətdən verilən məlumata görə, tədqiqatın nəticəsindən asılı olaraq K.Abdullayevin həmin vəzifədə qalıb-qalmaması barədə qərar veriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı