Son günlər Azərbaycanda ayrı-ayrı müxalif qüvvələrdən olan gənclərin təqib olunması və həbsə atılması beynəlxalq təşkilatlar, xarici səfiliklər tərəfindən pislənilir. Qeyd edək ki, martın 4-də Gəncə məhkəməsi deputatlığa sabiq namizəd Bəxtiyar Hacıyev barədə bir aylıq həbs qətimkan tədbiri seçib. Rəsmi mənbələr bildirirlər ki, bu həbs qeydiyyat qaydalarının pozulması, orduda xidmətdən yayınma ilə əlaqədardır. Lakin B.Hacıyevin qohumları bu ittihamı rədd edərək, həbsi onun siyasi mövqeyi ilə bağlayırlar. Bəxtiyar Hacıyev sosial şəbəkələr vasitəsilə martın 11-də keçiriləcək etiraz aksiyaları ilə əlaqədar əhalini fəal vətəndaş mövqe göstərməyə çağırıb.
10 günlük həbs qətimkan tədbiri sosial şəbəkənin daha bir fəalı Dəyanət Babayev barədə də seçilib.
Hökumət əleyhinə etirazlara çağıran AXCP gənclər təşkilatının üzvü Cabbar Savalanlı da həbs olunanlar sırasındadır.
Bir neçə gün öncə digəır gənc fəallar Rəşadət Axundov və Səxavət Soltanlı da həbs olunub. Müsavat Partiyasının fəalı, Səxavət Soltanlının vəkilinin dediyinə görə o, avtoxuliqanlıqda ittiham olunur. Rəşadət Axundov isə atasının sözlərinə görə, oğlu polisə müqavimətdə suçlanıb. ABŞ səfirliyi, Amnesty İnternational təşkilatı Azərbaycan hakimiyyətini təqiblərə son qoymağa çağırır. Martıq 8-də Amerikanın Azərbaycandakı səfirliyi Bəxtiyar Hacıyevin həbsi ilə bağlı narahatlığını bildirərək onun işinin yaxından izlənildiyini bildirib.
Modern.az