Modern.az

Səhiyyə Nazirliyindən tibb sahəsində növbəti yenilik

Səhiyyə Nazirliyindən tibb sahəsində növbəti yenilik

Təhsil

9 Mart 2011, 13:12

Səhiyyə idarə və müəssisələrinin elektron poçt vasitəsilə informasiya mübadiləsi prosesinin təkmilləşdirilməsi məqsədilə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən www.esehiyye.az internet domenində yeni elektron poçt server quraşdırılıb istifadəyə verilib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, yeni e-poçt xidməti tam Azərbaycan dilinə tərcümə edilib. Xidmətdən istifadə etmək üçün 220 tibb idarə və müəssisəsinə e-poçt ünvanı qeydiyyatdan keçirilib, istifadəçi adı, şifrəsi və istifadə qaydaları ilə birlikdə fərdi şəkildə müəssisələrə təqdim edilib. Bununla da tibb müəssisələri Səhiyyə Nazirliyi və bir-biri ilə elektron sənədlərin məlumat mübadiləsini daha da operativ, təhlükəsiz və stabil həyata keçirmək imkanı qazanıblar.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı