Modern.az

Prezident general Bəylər Eyyubova orden verdi

Prezident general Bəylər Eyyubova orden verdi

Təhsil

9 Mart 2011, 19:24

Prezident İlham Əliyev general-leytenant Bəylər Eyyubovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: - Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram. Azərbaycan Respublikasına sadiqliyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdiyinə görə general-leytenant Bəylər Həsən oğlu Eyyubov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin. Qeyd edək ki, Bəylər Eyyubov Azərbaycan Respublikası Prezidentinin şəxsi mühafizə xidmətinin rəisidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı