Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya imperatoru Akihitoya bu ölkədə baş vermiş dəhşətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deylir:
- Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya
Əlahəzrət,
Ölkənizdə baş vermiş dəhşətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Yaponiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti