Modern.az

Nazir iməcilikdə iştirak edib (FOTO)

Nazir iməcilikdə iştirak edib (FOTO)

Təhsil

12 Mart 2011, 20:40

Maliyyə Nazirliyinin Mərkəzi Aparatının kollektivi bu gün Əzizbəyov - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralının ətrafında ağacəkmə ilə bağlı iməclik keçirib.
Maliyyə Nazirliyinin rəhbər şəxslərinin də iştirak etdiyi tədbirdə 3 hektardan çox ərazidə iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı 1 300-dən çox ağac əkilib. Ekologiya mütəxəssislərinin iştirakı ilə əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, suvarma işləri görülüb.
Nazirlikdən bildirilib ki, növbəti həftədə yerli maliyyə orqanlarının əməkdaşları respublikamızın müxtəlif bölgələrində ağacəkmə kampaniyası keçirəcəklər.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı