Modern.az

Yaponiyada ölənlərin sayı 1000-i, itkinlərin sayı 1600-ü ötüb

Yaponiyada ölənlərin sayı 1000-i, itkinlərin sayı 1600-ü ötüb

Təhsil

12 Mart 2011, 21:53


Yaponiyada baş verən 8,9 ballıq zəlzələ və onun ardınca əmələ gələn 10 metr hündürlükdə sunaminin ölkəyə vurduğu ziyanın miqyası hər gün artır. Yaponiya rəsmi qurumlarının məlumatına görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 1000-i, itkinlərin sayı 1600-ü ötüb.
Ölkə hökuməti yüzlərlə adamın yaralandığını bəyan edib. Xilasetmə əməliyyatlarının iştirakçıları arasında da qurbanlar var. Zəlzələdən daha çox ziyan çəkmiş Miyaqi, İvate və Fukusima prefekturalarında polislər arasında itkilərin olduğu qeyd edilir.

Ölkənin şimal-şərqində 10 metrlik sunami dalğalarının öz ağuşuna aldığı bir neçə yaşayış məntəqəsi xarabazara çevrilib.

BBC-nin məlumatına görə, Yaponiyada nüvə elektrik stansiyasında böyük partlayış olub. Stansiya cümə günü ölkədə baş vermiş güclü zəlzələdən sonra zədələnmişdi. Televiziya vasitəsilə yayımalanan kadrlarda Fukushima nüvə zavodunda baş vermiş dəhşətli partlayış göstərilib. Ondan sonra isə boz tüstü buludu havaya qalxıb. Reaktorun yerləşdiyi bina dağılıb, amma rəsmilər deyirlər ki, reaktorun özünə ziyan dəyməyib. Yaponiya hökumətinin sözçüsü Yukio Edano deyib ki, partlayışın səbəblərilə bağlı istintaq aparılır. Partlayış paytaxt Tokionun 250 kilometrliyində baş verib. Bundan əvvəl isə rəsmilər xəbərdarlıq etmişdi ki, reaktor təhlükə qarşısındadır, çünki zəlzələ onun soyuducu sistemini zədələyib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı