Modern.az

Polis Mirmahmud Mirəlioğlunu və 30-a yaxın KXCP fəalını saxlayıb

Polis Mirmahmud Mirəlioğlunu və 30-a yaxın KXCP fəalını saxlayıb

Təhsil

13 Mart 2011, 16:21

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və partiyanın Yevlax rayon şöbəsinin üzvləri rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə "Azadlıq" radiosuna Mirmahmud Mirəlioğlu məlumat verib. O deyib ki, partiya təmsilçisi Şamil Fərzəlibəylinin evində Yevlax rayon şöbəsinin konfransını keçirdirdikləri zaman 50-yə yaxın polis işçisi konfransı dağıdıb:

«Çıxış etdiyim yerdə 50-yə yaxın polis əməkdaşı rəhbərliyi ilə birlikdə gəldilər, polis şöbəsinə gətirdilər bizi. Maşınla və piyada. Bütün konfrans iştirakçıları, Bakıdan, Goranboy və Bərdədən gələn qonaqlar da burdadırlar. Hazırda şöbədə 28 nəfərik. Biz saymamışıq, polisin verdiyi məlumat budur ki, bizim siyahımızı tutublar, 28 nəfərik».

KXCP sədri Mirmahmud Mirəlioğlunun polisə istinadən verdiyi məlumata görə, onların saxlanmasına səbəb 102 xidmətinə daxil olan narahatedici zəngdir:
«Narahat olublar bizim toplantımızdan. Bizə də deyirlər, polis asayişi qorumalıdır və həmin zəngə də cavab verməlidirlər və s. Ona görə də bizi bura gətiriblər. Bizim rayon, şəhər şöbələrimizin əksəriyyətində qərargahlarımız yoxdur. Ona görə də bizim icazəsiz toplandığımızı vurğulayırlar. Saxlanmağımız qanunsuzdur. Biz qeyri-leqal fəaliyyət göstərən təşkilat deyilik. Rəsmi konfranslarımızı keçiririk. Sadəcə Azərbaycan hakimiyyətində bir ruhi həyəcan vəziyyəti var. Və ondan əndişələniblər».

KAXCP fəallarının saxlanmasıyla bağlı Yevlax Rayon Polis Şöbəsindən məlumat almaq mümkün olmadı.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə qeyri-iş günü olduğu üçün hadisədən məlumatsız olduğunu bildirib.
 
***
Klassik Xalq Cəbhəsi Partiyasının 2 saata yaxın Yevlax Polis Şöbəsində saxlanan üzvləri sonda buraxılıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı