Modern.az

Məşhur braziliyalı məşqçi "Beşiktaş"a gəlir

Məşhur braziliyalı məşqçi "Beşiktaş"a gəlir

Təhsil

21 Mart 2011, 17:11

Yeni futbol mövsümündən etibarən Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi məşhur braziliyalı Luis Felipe Skolari olacaq. Türkiyə mətbuatının məlumatına görə, klub rəhbərliyi alman baş məşqçi Bernd Şusterin istefasından sonra bir çox mütəxəssislə danışıqlar aparıb.
Klubun prezidenti Yıldırım Dəmirörən Ukrayna "Beşiktaş"ının sükanı arxasında olan rumıniyalı Mirça Luçeskunu israrla istəsə də, buna nail ola bilməyib. Beləliklə, istiqaməti dəyişən rəhbərlik Skolari ilə anlaşıb. Braziliyalı çalışdırıcı "Beşiktaş"ın təklifinə menecerləri vasitəsilə müsbət cavab verib. Ona ən azı 3 illik müqavilə qarşılığında bir mövsüm üçün 5 milyon avro ödəniləcək. Qeyd edək ki, Luis Felipe Skolari 2009-cu ildə İngiltərənin "Çelsi" klubundan ayrıldıqdan sonra Özbəkistan "Bunyodkor"u ilə rekord məbləğdə əmək haqqı qarşılığında anlaşıb. O, ildə 16,6 milyon avro alaraq, bütün dövrlərin ən bahalı məşqçisi olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...