Modern.az

DİN: "Müxalifətin icazəsi aksiyası ilə bağlı iki saatdan sonra rəsmi məlumat yayacağıq"

DİN: "Müxalifətin icazəsi aksiyası ilə bağlı iki saatdan sonra rəsmi məlumat yayacağıq"

Təhsil

2 Aprel 2011, 15:13

İctimai Palatanın Fəvvarlər meydanı ətrafında keçiridiyi icazəsiz mitinq hazırda davam edir. Modern.az saytının əməkdaşının verdiyi məlumata görə, mitinqin qarşısını almağa çalışan polislə iştirakçılar arasında qarşıdurma baş verib. Aksiya iştirakçıları arasında saxlanılanların, döyülənlərin oluduğu bildirilir.

Həbs olunanların sayını dəqiqləşdirmək üçün Daxili işlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Analitik informasiya şöbəsinin rəisi Orxan Mansurzadə Modern.az-a bildirib ki, hələlik müxalifət qüvvələrinin keçirdiyi mitinqlə bağlı heç bir rəsmi məlumat verilmir. “Biz bir-iki saatdan sonra mətbuata bununla bağlı geniş məlumat verəcəyik”-deyə DİN rəsmisi qeyd edib.

Anar Rüstəmov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində