Modern.az

Ermənistan vətəndaşı ailəsi ilə Naxçıvana qaçıb

Ermənistan vətəndaşı ailəsi ilə Naxçıvana qaçıb

Təhsil

11 Yanvar 2010, 16:42

Erməni residivist ailəsi ilə birlikdə Naxçıvana keçib. Modern.az-ın Ermənistanın “Armenia Today “ saytna istinadən verdiyi məlumata görə, oğurluq və dələduzluğa görə əvvəllər 8 dəfə mühakimə olunmuş Yeqişe Gevorkyan arvadı və üç uşağı (3, 6, 7 yaşlarında) ilə birgə “Eraz” markalı avtomobild sərhəddəki tikanlı məftilləri dağıdaraq Naxçıvana qaçıb. Bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Qeyd olunur ki, Gevorkyan erməni sərhədçilərinin xəbərdaredici hədələrinə məhəl qoymayaraq sərhədi pozub.  Erməni hərbçiləri maşında 3 azyaşlı uşaq olduğundan atəş açmayıb. 
Baş vermiş insidentlə bağlı beynəlxalq qurumlara məlumat verilib, cinayət işi açılıb və istintaq aparıılr.  Hadisənin baş verməsi təfərrüatları öyrənilir.
Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev ANS-ə bildirib ki, erməni ailəsinin Azərbaycana keçməsi ilə bağlı bağlı araşdırma aparılır. Onun sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır və ictimaiyyət əlavə məlumat veriləcək

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?